"Yagelloniya" Bakıya itki ilə gəlir

Sayta qoyulub: 14:44 11.07.2017 (191 dəfə oxunub)

 

Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununda “Qəbələ”nin qonağı olacaq “Yagelloniya” Bakıya tam heyətlə gələ bilməyəcək. Yarımmüdafiəçi Pşemislav Frankovski qarşıdakı matçda baş məşqçinin ixtiyarında olmayacaq. Buna səbəb 22 yaşlı futbolçunun Polşanın gənclər millisinin düşərgəsindən zədəli dönməsidi. Frankovski fərdi məşqlərə başlasa da, klubun həkimləri onun iki həftədən sonra sıraya dönə biləcəyini bildiriblər. Bu isə o deməkdi ki, gənclər yığmasının üzvü böyük ehtimalla “Qəbələ” ilə cavab görüşünü də buraxacaq. Qeyd edək ki, iyulun 13-də 8-ci km qəsəbə stadionunda keçiriləcək “Qəbələ” – “Yagelloniya” oyunu saat 21:00-da start götürəcək.

XƏBƏR LENTİ