Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

24 il futbol dünyasını aldatmış saxtakar futbolçunun inanılmaz hekayəsi

Sayta qoyulub: 14:41 08.06.2017 (836 dəfə oxunub)

24 il futbol dünyasını aldatmış saxtakar futbolçunun inanılmaz hekayəsi

 

Bu fırıldaqçı hətta meydançaya çıxmamaq üçün azarkeşlərlə dalaşıb və qırmızı kart da alıb

Futbol dünyadakı bir çox insanın maraq dairəsində olan bir idman növüdür. Hər insanın özünün pərəstiş etdiyi futbol komandası və futbolçusu var. Ümumi olaraq da futbol tarixi çox geniş və hər zaman diqqət mərkəzində olur.

Futbol oynamağı bacarmadan 24 il profesional futbolçu kimi fəaliyyət göstərən fırıldaqçı haqqında maraqlı faktları təqdim edirik.

1963-cü ildə anadan olan Braziliyalı Karlos Kaiser öz ölkəsində “Botafogo” və “Fluminense” kimi komandalarda oynamağa başladı. Daha sonra ABŞ, Meksika və Fransanın bir çox klublarında forma geyindi. O dönəmin ən böyük oyunçuları ilə dost olmağı bacardı.

24 il futbol dünyasını aldatmış saxtakar futbolçunun inanılmaz hekayəsi

Karlos hər braziliyalı uşaq kimi küçələrdə futbol oynamağı öyrənib. 10 yaşında olan zaman bir baş məşqçi tərəfindən kəşf edildi və ailəsi ilə müqavilə bağlandı. 

“Botafogo”nun gənclərdən ibarət yığma komandasında oynamağa başladı. Ailəsi onun məşhur futbolçu olmasını istəyirdi. Çünki Karlos məşhur olsa, varlı olacaqlarını düşünürdülər.

Karlos isə futbol oynamaq istəmirdi. Fikrində ancaq əylənmək idi. Anasını 13, atasını isə 16 yaşında itirdi. Karlos daha sonra Meksikanın “Pueblo” klubu ilə müqavilə bağladı.

24 il futbol dünyasını aldatmış saxtakar futbolçunun inanılmaz hekayəsi

Klub Karlosun mükəmməl bir futbolçu olduğunu düşünürdü. Karlos Meksikanın klubuna öyrəşə bilmədi. Gülməli səslənsə də yeməklərini bəyənməmişdi. Bu klubda bir neçə məşqlərdə iştirak etdi. Hətta qollar belə, vurdu.

Amma onun istədiyi yaşayış tərzi bu deyildi.

O, bir məşhur futbolçu olaraq xatırlanmaq və bütün parlaq səhnələrin bir parçası olmaq istəyirdi. Və bütün bunların qarşılığında isə heç bir məsuliyyəti üzərinə almaq istəmirdi.

Karlosun fırıldaq HEKAYƏSİ

24 il futbol dünyasını aldatmış saxtakar futbolçunun inanılmaz hekayəsi

Nəhayət, Karlos qısa zamanda çarəni tapdı. Bir məşq sıarasında qol vurarkən yalandan özünü yerə atdı və ayağını tutdu. Zədələnmək yalanıyla futbol oynamaqdan xilas olmuşdu.

Daha sonra transfer olduğu bütün klublarda bu yola əl ataraq oyuna girmədən pul qazanırdı. 

Bir dəfə də hakimin elanından sonra oyuna girməsinə 2 dəqiqə qalmış isinmə hərəkəti zamanı ayağını zədələdi. Təbii ki, bu da fırıldağın bir parçası idi. 

“Bangu” klubunda oynadığı zaman oyunun bitməsinə 8 dəqiqə qalmışdı. Komandanın prezidenti Karlosun oyuna girməsini tələb etdi. Vəziyyət çıxılmaz idi. Çünki baş məşqçi deyil, klubun prezidenti tələb etmişdi. Komandası 2-0 məğlub olurdu.

24 il futbol dünyasını aldatmış saxtakar futbolçunun inanılmaz hekayəsi

Karlos həmin anda oyuna girməmək üçün əl atdığı fırıldağı belə izah edirdi: “İsinmə hərəkətləri edərkən arxadan mənə bir neçə azarkeşin qışqırdığını eşitdim. O an ağlıma bir fikir gəldi. Həmin anda tribunaya çıxıb, azarkeşlərlə dava etməyə başladım. Hakimdə mənə qırmızı kart verdi”.

Oyundan sonra soyunma otağına gələn klubun prezidenti hirslənib qışqırmağa başlamamış Karlos yenidən saxtakarlığını işə saldı: “Cənab Castor de Andrade olanlara görə üzr istəyirəm. Mən sizi vəfat edən atam kimi çox istəyirəm. Azerkeşlər sizi təhqir edirdi. Mən də buna dözməyib, onlara hücum etdim”. 

Bunun qarşılığında sakitləşən klubun prezidenti ona sarılaraq onunla qürür duyduğunu ifadə etmişdi. Bu cür fırıldaqlarla yeni müqavilələrə də imza atırdı. 

Bütün futbolçuların arzusu kimi Karlos da Avropa klublarında oynamaq istəyirdi.

24 il futbol dünyasını aldatmış saxtakar futbolçunun inanılmaz hekayəsi

Karlosun yeni transfer olduğu klub “Qazalek Ayaçço” idi. Karlos Fransaya ilk gələndə ulduz futbolçular kimi qarşılandı. Klub onun için mətbuat konfransı da təşkil etdi. Karlos konfransda ona verilən bütün topları azerkeşlərə paylamışdı. 

Çünki o, toplarla mətbuat önündə fotoqraflara poz vermək üçün bəzi hərəkətlər etməli idi. Topları azarkeşlərə paylayaraq bundan da canını qurtarmışdı. Konfransda klubun prezidentinin xanımına özəl olaraq gül buketi hədiyyə etmişdi. Bu jestinin qarşılığı olaraq 8 il həmin klubda qaldı. 

Karlosun daha bir fırıldaqlarında biri də oyuncaq telefon idi. O, oyuncaq telefonu qulağına qoyub başqa klubların rəhbərliyindən transfer təklifi alırmış kimi söhbətlər edirdi.

Karlos yaraşıqlı, ağıllı biri idi. Qadınların da xüsusi diqqətini çəkməyi bacarmışdı.

24 il futbol dünyasını aldatmış saxtakar futbolçunun inanılmaz hekayəsi

Karlos 24 il bu yalanları necə idarə etdi?

O zamanlar internet olmadığı üçün onun haqqında geniş araşdırma aparmaq mümkün deyildi. Bundan yararlanan Karlos super futbolçu kimi rahatlıqla müxtəlif klublara transfer ola bilirdi. 

Karlos hazırda qadınlar üçün idman zalı açıb. Gününün əksər hissəsini qadınlarla keçirir. 

Turan Oruc,
Musavat.com

 

24 il futbol dünyasını aldatmış saxtakar futbolçunun inanılmaz hekayəsi

24 il futbol dünyasını aldatmış saxtakar futbolçunun inanılmaz hekayəsi

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat