Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

Peres qızıl dubla 40 milyon mükafat vəd etdi

Sayta qoyulub: 08:53 04.05.2017 (649 dəfə oxunub)

Madrid Realının futbolçularını İspaniya çempionatında və Çempionlar liqasında qələbəyə görə böyük məbləğdə mükafat gözləyir.

 

Klub prezidenti Florentino Peres çempionlar liqasında iştirakdan əldə edilən 40 milyon avronu futbolçular və personalın mükafatlandırılmasına ayıracaını bildirib.

 

Klub artıq UEFA-dan 30 milyon avro qazanıb: 12,7 milyon  – qrup mərhələsində iştiraka görə, 1,5 milyon  – qrupda hər qələbəyə görə, 500 min – hər heç-heçəyə görə, 6 milyon  – 1/8 finalda qələbəyə görə, 6,5 milyon – yarımfinala yüksəlməyə görə. Əlavə edək ki, yarımfinalda Real və Atletiko daha 7,5 milyon avronu bölüşdürəcək.

 

Turnirin qalibi 15 milyon avro qazanacaq. Finalçının payına isə 11 milyon düşəcək.Bundan başqa daha 20 milyon avronun teleyayıma görə daxil olması gözlənilir.Bu isə o deməkdir ki, Realın ümumilikdə bir mövsüm üçün Çempionlar liqasından qazancı 75 milyon avro ola bilər.

 

Həm ölkə çempionatı , həm də avrokubokda qələbə olacağı halda klub bonusları bu cür bölüşdürəcək: 36 milyon avro  – əsas komandanın 24 futbolçusu arasında (hərəyə 1,5 milyon), 2 milyon baş məşqçi Zinəddin Zidana .

 

Daha 2 milyon məşqçilər korpusu , çempionlar liqasının iştirak ərizəsinə salınmış ("B" siyahısı) akademiyanın 11 futbolçusu , həmçinin komandayla işləyən personal arasında bölüşdürüləcək.

 

Xatırladaq ki, sonuncu dəfə Real 59 il əvvəl - 1957/58 mövsümündə qızıl dubl etmişdi.

 

Peres qızıl dubla 40 milyon mükafat vəd etdi

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat