Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

İdmanımızın əfsanəsi

Sayta qoyulub: 13:58 15.03.2017 (1101 dəfə oxunub)

 

                         

Martın 16-da Azərbaycanın görkəmli atleti Ziba Ələsgərovanın anadan olmasının 80-ci ildönümü qeyd olunur. O, respublikamızın atletika tarixində hələ də yeganə dünya rekordçusu kimi böyük ehtiramla xatırlanır.

 


İdmanımızın əfsanəsi

  

Azərbaycanın idman tarixinə adı qızıl hərflərlə yazılan Ziba Ələsəgərova 1937-ci ilin martın 16-da Bakının Əmircan kəndində anadan olub.  Uşaq yaşlarından idmana böyük maraq göstərən Zibanın atletika yarışlarında – nizə atmaq, hündürlüyə tullanmaq və qısa məsafələrə qaçışda ilk nailiyyətləri o zaman mütəxəssislərin, diqqətini cəlb edir.  100 və 200 metr məsafələrə qaçmaqda  Azərbaycan çempionu adını qazanandan sonra gənc atlet respublikamızın seçmə komandasının heyətinə daxil edilir. Ziba Ələsgərovanın peşəkar idmançı kimi formalaşmasında dünya şöhrətli məşqçi Əfqan Səfərovun  mühüm rolu olub. Ziba beynəlxalq arenalarda ən böyük uğurlarına da məhz Əfqan müəllimin rəhbərliyilə nail olub.  Respublika yarışlarında 10 dəfə çempion adını qazanan  atletimiz keçmiş ittifaq komandasının heyətinə də dəvət olunub. Ziba Ələcgərova  etimadı doğruldaraq uğurlu çıxışlarını keçmiş ittifaq  turnirlərində, habelə beynəlxalq miqyasda  davam etdirib.1963-cü ildə o,  SSRİ komandasının tərkibində Qalina Popova, Lyudmila Samotesova və Mariya Itkina ilə birgə Moskvada - Lujniki stadionunda 200 metr məsafəyə estafet yarışında 1 dəqiqə 34,7 saniyə nəticə ilə dünya rekordu müəyyənləşdirib. Qeyd edək ki,   Ziba Ələsgərova həmin  nailiyyətilə artıq 55 ildir ki, Azərbaycan atletika  tarixində yeganə dünya rekordçusu kimi qalmaqdadır.

 

İdmanımızın əfsanəsi

 

Bu uğurdan sonra Sovet İttifaqının ən populyar nəşrlərindən olan  “Oqonyok” jurnalının üzqabığında  idmançımızın  fotoşəkli yerləşdirilmiş, onun  haqqında böyük məqalə dərc edilmişdi.  Bu nailiyyətin  təsadüf olmadığını Ziba  bir il sonra   ittifaq çempionatında   təsdiqlədi və qızıl medalın sahibi oldu.Həmin  qələbə atletimizə 1964-cü il Tokio olimpiadasında iştirak etmək hüququ verdi.Ziba Ələsgərova mükafatçılar sırasına çıxa bilməsə də əzmkarlığı ilə azarkeşlərin böyük rəğbətini qazandı.  Ələsgrəova təkcə idman aləmində fərqlənməyib Ziba xanım. Elmi araşdırmalar aparıb,  respublikamızın sayılıb-seçilən ziyalılarından biri kimi tanınıb. Hələ orta məktəbdən dəqiq fənnlərə böyük maraq göstərib, sonradan  fizika-riyaziyyat elmləri namizədi olub, dosent elmi dərəcəsinə yiyələnib. 2008-ci ildə 71 yaşında vəfat edən Ziba Ələsgərovanın xatirəsi unudulmur. Onun adı, qazandığı nailiyyətlər indi də gənc atletlər üçün örnək sayılır. Elə təkcə bunu demək kifayətdir ki, Ziba Ələsgərova Azərbaycanda 20-ci əsrin 10 ən yaxşı idmançısının siyahısına daxil edilib.    

İdmanımızın əfsanəsi

 

 

Vüqar Nəzərov

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat