Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

Dünya çempionları: Ayrton Senna

Sayta qoyulub: 10:16 06.03.2017 (276 dəfə oxunub)

Dünya çempionları: Ayrton Senna

 

Formula1-in 68-ci mövsümünün başlamasına 18 gün qalıb. Bu müddət ərzində Formula1-in tarixinə səyahət etmək, onun hər bir mövsümündəki əsas qəhrəmanı – dünya çempionu barədə məlumat verməyə davam edirik. Geridə qalmış 67 çempionatın 33 fərqli qalibi olub. F-1.az təqdim edir: Formula1 tarixinin ən güclüsü – Ayrton Senna da Silva!

 

Braziliya futbol ölkəsi kimi tanınır. Burada futbol hər şeydən daha çox önəm kəsb edir. Amma Formula1-in ən çox sevildiyi ölkə də Braziliyadır desək, yanılmarıq. Bunu ən azından hər il orada keçirilən yarış ərəfəsində görmək olar. Tarixdə də çempion braziliyalılar var. Emerson Fittipaldi, Nelson Pike kimi və əlbəttə ki, Ayrton Senna kimi. Onillik Formula1 karyerası ilə bütün idman dünyasının gözündə qəhramana çevrilmiş Sennanı tanıyaq…

O, 1960-cı il martın 21-də Braziliyanın San Paulu şəhərində varlı bir ailədə dünyaya göz açıb. Kiçik yaşlarından avtomobillərə olan marağını nəzərə alan atası ona artıq 4 yaşından etibarən kart sürməyə şərait yaradır. İlk kartinq yarışına isə 13 yaşı olanda qatılır.

<figure class="wp-caption aligncenter" id="attachment_12984" style="box-sizing: border-box; margin: 5px auto; border: 1px solid rgb(240, 240, 240); max-width: 96%; padding: 5px 3px 10px; text-align: center; color: rgb(51, 51, 51); font-family: iaz, sans-serif; font-size: 18px; line-height: 28px; width: 790px; background-image: initial; background-attachment: initial; background-size: initial; background-origin: initial; background-clip: initial; background-position: initial; background-repeat: initial;">Dünya çempionları: Ayrton Senna<figcaption class="wp-caption-text" style="box-sizing: border-box;">Kartinq illəri</figcaption></figure>

 

Bu, 70-ci illərin əvvəllərinə təsadüf edir və bu dövrdə başqa bir braziliyalı pilot olan Emerson Fittipaldi Formula1 üzrə ikiqat dünya çempionu olmuşdu. Sennanı ruhlandıran amillərdən biri də bu idi. 1974-cü ildə Braziliya kartinq çempionatının qalibi olan Senna, 1977-ci ildə daha böyük uğura imza ataraq Cənubi Amerika birincisi olur. Daha sonra isə dünya kartinq çempionatlarında dəfələrlə yüksək yerləri tutur.

Atasının istəyi ilə evlənən Senna bir müddət sonra həyat yoldaşı ilə boşanır və İngiltərəyə gəlir. O artıq qərarını vermişdi: mütləq Formula1 pilotu olacaqdı. Amma bunun üçün keçməli olduğu mərhələlər var idi.

Senna Formula3000 seriyasındakı uğurları ilə tezliklə Williams komandasının sahibi Frənk Uilyamsın diqqətini cəlb edir. Bunun nəticəsində 1984-cü ildə Formula1-ə ilk addımlarını atır və dövrün zəif komandalarından biri olanToleman-Hart F1 komandası ilə müqavilə bağlayır.

Sennanın əsl soyadı Da Silvadır. Formula 1-ə qədər olan karyerasında bu soyaddan istifadə edib. Senna isə onun anasının soyadı idi. Da Silva soyadının çox yayılmasına görə Senna soyadından istifadə etməyə qərar verir.

FORMULA1 KARYERASI

 

Statistika
Yarışdığı illər 1984-1994
Yarışdığı komandalar Toleman, Lotus, McLaren, Williams
İştirak (Start) 162 (161)
Çempionluq 3 (1988, 1990, 1991)
Qələbə 41
Podium 80
Xal 610 (614) *
Poul 65
Sürətli dövrə 19
İlk yarışı Braziliya Qran Prisi, 1984-cü il
İlk qələbəsi Portuqaliya Qran Prisi, 1985-ci il
Son qələbəsi Avstraliya Qran Prisi, 1993-cü il
Son yarışı San Marino Qran Prisi, 1994-cü il

– Formula1-də 1990-cı ilə qədər mövsüm sonunda sürücülərin qazandığı bütün xallar yox, mövsüm ərzində müəyyən sayda yarışda topladığı xallar nəzərə alınıb. Cədvəldə həm mövsüm sonunda nəzərə alınan xallar, həm də ümumi xallar göstərilib.

 

1984-cü ildə Monako Qran Prisindəki çıxışı ilə öz istedadını bütün dünyaya göstərir. Həmin yarış keçirilən gün güclü yağış yağır. Senna rəqiblərindən daha zəif bolidlə çıxış etsə də, həmin yarışı 2-ci yerdə başa vurur. Bununla da o, eyni zamanda, yağışlı havalarda karyerası boyu çox üstün olacağını, Rain man (Yağış adam) adı ilə əfsanələşəcəyinin ilk siqnallarını vermişdi. 1985-ci ildə Senna nisbətən daha güclü komanda olan Lotus-a keçir. Elə həmin il Eştorildə Portuqaliya Qran Prisinin qalibi olur. Bu, onun Formula1 karyerasında ilk qələbəsi idi.

<figure class="wp-caption aligncenter" id="attachment_12985" style="box-sizing: border-box; margin: 5px auto; border: 1px solid rgb(240, 240, 240); max-width: 96%; padding: 5px 3px 10px; text-align: center; color: rgb(51, 51, 51); font-family: iaz, sans-serif; font-size: 18px; line-height: 28px; width: 790px; background-image: initial; background-attachment: initial; background-size: initial; background-origin: initial; background-clip: initial; background-position: initial; background-repeat: initial;">Dünya çempionları: Ayrton Senna<figcaption class="wp-caption-text" style="box-sizing: border-box;">Ayrton Senna və Alen Prost</figcaption></figure>

 

Lotus-da keçirdiyi 3 mövsümdən sonra, həmin dövrün ən güclü komandası hesab edilən McLaren-Honda komandasına keçir. Bu keçid, Formula1 tarixinin ən böyük rəqabətinin, Senna-Prost rəqabətinin əsasını qoyur.

Senna McLaren-ə gəldikdə Prost artıq ikiqat dünya çempionu idi. Professorləqəbli bu pilot Sennadan əvvəl McLaren-dəki bütün komanda yoldaşlarını məğlub etmişdi. Komandada ona əsas adam, daha doğrusu, birinci pilot kimi baxırdılar. Amma bu dəfə onun işi çox çətin idi. Çünki bu dəfəki rəqib onun hegemonluğunu qəbul etməyəcək, ona meydan oxuyacaqdı. Bunu Sennanın komandaya keçidindən sonrakı ilk sözlərindən də sezmək olardı: “Mən bura komanda yoldaşıma yol vermək üçün yox, mübarizə aparmaq, qələbə qazanmaq üçün gəlmişəm”.

Elə komandaya keçdiyi ilk ildəcə, yəni 1988-ci ildə Senna karyerasının ilk Dünya Çempionluğunu qazanır. Növbəti il də yenə çempionatda rəqabət McLaren-in iki pilotu, yəni Senna və Prost arasında olur. 1989-cu ildən etibarən bu ikilinin rəqabəti düşmənçiliyə çevrilir.

<figure class="wp-caption aligncenter" id="attachment_12986" style="box-sizing: border-box; margin: 5px auto; border: 1px solid rgb(240, 240, 240); max-width: 96%; padding: 5px 3px 10px; text-align: center; color: rgb(51, 51, 51); font-family: iaz, sans-serif; font-size: 18px; line-height: 28px; width: 790px; background-image: initial; background-attachment: initial; background-size: initial; background-origin: initial; background-clip: initial; background-position: initial; background-repeat: initial;">Dünya çempionları: Ayrton Senna<figcaption class="wp-caption-text" style="box-sizing: border-box;">Düşmənçilik artıq başlamışdı…</figcaption></figure>

 

Prost 1989-cu ildə çempion olur və növbəti il komandanı tərk edir. Senna 1990-cı ildə 2-ci, 1991-ci ildə isə 3-cü və sonuncu çempionluğunu qazanır.

1992-ci ildən etibarən Formula1-də Williams komandası rəqiblərini üstələyir. Naycel Mənsell bu komanda ilə çempion olur. Növbəti il Williams-a keçən Prost 4-cü dəfə çempion olur və karyerasını bitirir. Onun bu addımı atmasının əsas səbəblərindən biri kimi də Sennanın Williams-a keçidi göstərilir.

Williams-a üstünlük qazandıran əsas səbəb, boliddə olan elektronik sistemlər idi. Həmin sistemlər döngələrdə pilotlara kömək edirdilər. 1992-ci və 1993-cü illərdə bu sistemin köməkliyi ilə qələbələr qazanan komanda hər zaman qələbə üçün vuruşan Sennanın da diqqətini cəlb etmişdi və bu da Sennanı Williams-a (daha doğrusu, ölümə) apardı.

1994-cü il mövsümü başlamazdan əvvəl FİA (Beynəlxalq Avtomobil Federasiyası) həmin elektron sistemlərdən istifadəni qadağan etdi. Bu, həm komanda, həm də Ayrton üçün pis sürpriz idi.

1994-cü ilin ilk yarışları həm Senna, həm də komanda üçün pis keçir. Növbə isə mövsümün üçüncü yarışında – San Marino Qran Prisində idi…

Yarış İtaliyanın Bolonya şəhərində yerləşən İmola trasında keçirilirdi (Yaxınlıqda yerləşən San Marino ölkəsinin şərəfinə bu yarış San Marino Qran Prisi adlandırılır. Burada 2006-cı ildə son yarış keçirilib və bundan sonra təqvimdən çıxarılıb).

<figure class="wp-caption aligncenter" id="attachment_12987" style="box-sizing: border-box; margin: 5px auto; border: 1px solid rgb(240, 240, 240); max-width: 96%; padding: 5px 3px 10px; text-align: center; color: rgb(51, 51, 51); font-family: iaz, sans-serif; font-size: 18px; line-height: 28px; width: 790px; background-image: initial; background-attachment: initial; background-size: initial; background-origin: initial; background-clip: initial; background-position: initial; background-repeat: initial;">Dünya çempionları: Ayrton Senna<figcaption class="wp-caption-text" style="box-sizing: border-box;">Roland Ratzenbergerin qəzası. San Marino Qran Prisi, İmola, 1994-cü il</figcaption></figure>

 

Həmin həftəsonu bir sıra pis hadisələrlə başlayır. Sennanın həmyerlisi gənc Rubens Barrikello cümə günü sərbəst yürüşlərdə ciddi qəzaya uğradı. Yarışdan bir gün əvvəl, aprelin 30-da isə faciəvi hadisə baş verir. Sıralanma turunda Simtek komandasının pilotu olan avstriyalı Roland Ratzenberger Villeneuve döngəsində qəzaya uğrayır. Bolidi beton hasara çırpıldı və Ratzenberger ağır yaralanır. Sonra xəstəxanadan verilən məlumatda Ratzenbergerin həyatını xilas etməyin mümkün olmadığı bildirilir.

Bu hadisə hər bir pilotu, xüsusilə də Sennanı sarsıdır. Amma nə Senna, nə də bir başqası bilmirdi ki, Formula 1-in ən çox danışılan, ən müəmmalı və ən faciəvi hadisəsi bir gün sonra baş verəcək…

AYRTON SENNANIN ÖLDÜYÜ GÜNLƏ BAĞLI BU LİNKDƏN DAHA ƏTRAFLI OXUYA BİLƏRSİZ

Bazar günü, yəni mayın 1-də Senna yarışa ilk yerdən başlayırdı. O, yarışdan əvvəl sükanın özünə çox yaxın olmasından şikayət etdiyi üçün sükan milini kəsərək qısaltmış, yenidən qaynaq etmişdilər. Startda Benetton pilotu Yarvi Lehtonun bolidinin mühərriyi işləmədi və o start ala bilmir. Arxalarından start alan Lotus pilotu Pedro Lami onu görmədi və Lehtonun bolidi ilə toqquşur. Bu qəzaya görə təhlükəsizlik maşını trasa daxil oldu və yarışın ilk 5 dövrəsi təhlükəsizlik maşınının arxasında keçir. Altıncı dövrədən etibarən yarış yenidən başladı.  Senna 1-ci yerdə gedir, arxasınca isə sonradan 7 dəfə Dünya Çempionluğu qazanaraq Formula 1-in ən titullu pilotu olacaq Benetto-dan Mixael Şumaxer gəlirdi.

7-ci dövrədə Senna 306 km/saat sürətlə Tamburello döngəsinə yaxınlaşır. Bu döngə sola doğru meyl edirdi və sürətlə keçilən döngə idi. Bura çatdıqda Senna bolidi sola döndərə bilmir. Nəticədə yoldan çıxaraq Tamburello divarına (bu divarın arxasında Tamburello adlı çay axdığından elə adlanırdı. O divar hələ də sökülməyib) çırpılır. Senna son bir həmlə ilə sürəti 218 km/saata qədər azaldır, amma, bu, onun faciəvi sonluğunu dəyişmir…

<figure class="wp-caption aligncenter" id="attachment_12989" style="box-sizing: border-box; margin: 5px auto; border: 1px solid rgb(240, 240, 240); max-width: 96%; padding: 5px 3px 10px; text-align: center; color: rgb(51, 51, 51); font-family: iaz, sans-serif; font-size: 18px; line-height: 28px; width: 790px; background-image: initial; background-attachment: initial; background-size: initial; background-origin: initial; background-clip: initial; background-position: initial; background-repeat: initial;">Dünya çempionları: Ayrton Senna<figcaption class="wp-caption-text" style="box-sizing: border-box;">Ayrton Sennanın Tamburello döngəsindəki ölümcül qəzası. San Marino Qran Prisi, İmola, 1994-cü il</figcaption></figure>

 

Həkimlərin dediyinə görə, bədənində heç bir zədə yox idi. Sükan qısaldılarkən edilən qaynaq qopmuş, sükanın mili dəbilqəsini də deşərək beyninə sancılmışdı…

Heç kəs qəzanın ciddiliyindən xəbərdar deyildi. Bütün dünya canlı yayımda qəzanın görüntülərini, yuxarıdan çəkilən kadrlarda Sennanın bolidində hərəkətsiz qalmasını seyr edirdi. Məşhur beyin cərrahı, o dövrdə Formula1-də tibbi və təhlükəsizlik sahələrində rəhbər olan Sid Uotkins Sennaya ilk tibbi yardım göstərən şəxs olur.  O, həmin anları belə xatırlayırdı: “Vəziyyəti çox pis idi. Göz qapaqlarını qaldırdığımda beynində ciddi zədə olduğunu anladım. Sanki, bir anlığa içini çəkdi. Mən bir aqnostik olsam da, həmin an ruhunun bədənindən ayrıldığını hiss etdim”.

Xəstəxanada onun üzərdində kiçik bir Avstriya bayrağı tapılır. Senna bu yarışda qələbə qazanacağı təqdirdə, bunu bir gün əvvəl həlak olmuş Ratzenbergerə həsr edəcəkdi.

<figure class="wp-caption aligncenter" id="attachment_12990" style="box-sizing: border-box; margin: 5px auto; border: 1px solid rgb(240, 240, 240); max-width: 96%; padding: 5px 3px 10px; text-align: center; color: rgb(51, 51, 51); font-family: iaz, sans-serif; font-size: 18px; line-height: 28px; width: 790px; background-image: initial; background-attachment: initial; background-size: initial; background-origin: initial; background-clip: initial; background-position: initial; background-repeat: initial;">Dünya çempionları: Ayrton Senna<figcaption class="wp-caption-text" style="box-sizing: border-box;">Ayrton Sennanın dəfni…</figcaption></figure>

 

Mayın 5-də San Pauluda dövlət səviyyəsində Sennanın dəfn mərasimi keçirilir. Bu mərasimdə yüz minlərlə insan iştirak edir. O cümlədən, bir çox tanınmış idmançı, dövlət xadimi Sennanı son məzara yola salmaq üçün gəlmişdi.

Tabutunu daşıyanlardan biri də barışmaz rəqibi Alen Prost idi. Ölkə yasda idi.

1994-cü ildə futbol üzrə Dünya Çempionatının qalibi olan Braziliya milli komandası bu qələbəni Sennaya həsr edir. 2010-cu ildə “Senna” sənədli filmi çəkilib. Filmin rejissoru Asif Kapadiadır.

Ölümündən bir müddət əvvəl Senna demişdi: “Mən bir gün ağır qəzaya düşsəm, hər şeyin bir dəfəlik bitməsini istəyərəm. Əlil qalmaqdan, xəstəxana palatalarına məhkum olmaqdansa, ölmək daha yaxşıdır.” 

Belə də oldu.

Bu da Ayrton Sennannın cəmi 34 illik qısa həyatı. Senna 2015-ci ilin 17 iyuluna qədər Formula 1-də qəzada həlak olan son pilot idi.

23 ildir ki, San Pauluda Morumbi qəbiristanlığında yatır. Həyatının son illərində dəfələrlə Formula1 traslarının təhlükəli olduğunu dedi, təhlükəsizlik tədbirlərinin görülməsi üçün hər addımı atdı. Lakin buna ölümü ilə nail oldu.

<figure class="wp-caption aligncenter" id="attachment_12991" style="box-sizing: border-box; margin: 5px auto; border: 1px solid rgb(240, 240, 240); max-width: 96%; padding: 5px 3px 10px; text-align: center; color: rgb(51, 51, 51); font-family: iaz, sans-serif; font-size: 18px; line-height: 28px; width: 790px; background-image: initial; background-attachment: initial; background-size: initial; background-origin: initial; background-clip: initial; background-position: initial; background-repeat: initial;">Dünya çempionları: Ayrton Senna<figcaption class="wp-caption-text" style="box-sizing: border-box;">Çempionun məzarı</figcaption></figure>

 

Onun ölümündən sonra traslarda Tamburello kimi sürətli döngələr şikana tipli yavaş döngələrlə əvəz edilir, asfaltla divarlar arasında qum və çınqıl zonaları yaradılır və başqa bir sıra tədbirlər görülür. Senna öz ölümü ilə bəlkə də özündən sonrakı bir çox pilotun həyatını xilas edib.

Onu əfsanə edən şey təkcə 10 illik karyerasında qazandığı 41 qələbə, 3 dünya çempionluğu deyildi. Senna təkcə qələbələri ilə, ölümü ilə, sarı dəbilqəsi ilə əfsanəyə çevrilmədi. Onu əfsanə edən, elə aid olduğu yerdə həlak olması idi.

Onu əfsanə edən idmandan kənar öz şəxsi həyatında etdiyi saysız-hesabsız yardım kampaniyaları idi. Ölümündən sonra onun sərvəti ilə Senna xeyriyyə fondu yaradıldı (idarəçilərindən biri keçmiş rəqibi Alen Prostdur).

Senna hər kəsin yaddaşında həmişə gənc, sürətli pilot, çempion kimi qalacaq. Onun yarışlarını izləyənlər, ölümündən sonra anadan olanlar, bir sözlə hər bir Formula1 azarkeşinin əfsanəsidir Senna.

“İkinci gələn ilk uduzandır” deyirdi. Həmişə birinci gəldi. Sürətli həyat yaşadı və elə birinci də getdi…

Yerində rahat yat, ÇEMPİON…

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat