Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

Dünya çempionları: Xuan Manuel Fanxio

Sayta qoyulub: 20:43 15.02.2017 (477 dəfə oxunub)

Dünya çempionları: Xuan Manuel Fanxio

 

Formula1-in 68-ci mövsümünün başlamasına bir aydan çox vaxt qalıb. Bu müddət ərzində Formula1-in tarixinə səyahət etmək, onun hər bir mövsümündəki əsas qəhrəmanı – dünya çempionu barədə məlumat vermək qərarına gəldik. Geridə qalmış 67 çempionatın 33 fərqli qalibi olub. F-1.az təqdim edir: “Böyük Ustad” – Xuan Manuel Fanxio!

 

“El Chueco” (Çeko), “El Maestro” (Maestro) ləqəbləri ilə tanınan Fanxio Formula1-in ilk onilliyində dominantlıq edən sürücüdür. O, beş çempionluq əldə edib və bu rekordu 45 il əlində saxlayıb. Çempionluqlarını dörd fərqli komandadanın tərkibində qazanıb ki, bu hələ də təkrarlanmayıb. Çıxdığı 52 yarışın 46%-də, yəni 24-də qələbə qazanıb ki, bu da ən yüksək göstəricidir. Fanxio Formula1-də dünya çempionu olmuş ilk və yeganə Argentinalı sürücüdür.

Xuan Manuel Fanxio 1911-ci il iyunun 24-də Buenos Ayresin Balkerse əyalətində italiyalı ailədə anadan olub. Doğum tarixi yanlışlıqla 23 iyun yazılan Xuan altı uşaqlı ailənin dördüncü uşağı olub. Ona uşaqlıqdan “El Chueco”, yəni “Əyriayaq” ləqəbi qoyulub. Çünki futbol oynayarkən sol ayağını topun ətrafında fırlatdıqdan sonra qapıya zərbə vururmuş. Fanxio 13 yaşında olanda təhsilini yarımçıq qoyub və bir mexanikin yanında köməkçi kimi işləməyə başlayıb. Həmin dövrlərdə futbol oynayarkən sinəsində bərk ağrı hiss edən Xuanda kəskin pnevmaniya xəstəliyi olduğu aşkarlanır və o, iki ay yataqdan qalxa bilmir.

Sağaldıqdan sonra məcburi hərbi xidmətə yollanan Xuan sürücülük qabiliyyəti ilə komandirinin diqqətini cəlb edir və onun sürücüsü olur. Yekun fiziki imtahanı verir və 22 yaşı tamam olmamışdan əvvəl ordudan təxris edilir. Futbol karyerasını davam etdirmək üçün doğma şəhərinə qayıdır. Ona və dostu Xose Duffarda bazası Mar del Plata şəhərində yerləşən bir klubda oynamaq təklif edilir. Lakin ailəsi onun üçün başqa sürpriz hazırlamışdı – Fanxio öz maşınını düzəltmək üçün ona şərait yaratmışdılar.

1934-cü ildə özünün modifikasiya etdiyi 1929-cu ilin Ford Model A markalı maşınla yerli yarışlara qoşulur. Bu yarışlar Şimali Amerika və Avropadakı yarışlara bənzəmirdi. Burada sürücülər daha uzun, çirkli və kələ-kötür yollarda yarışmalı olurdular. Daha sonra Chevrolet-lə yarışan Xuan 1940-cı və 1941-ci illərdə Argentina Milli Çempionu adını qazanır. Qalib gəldiyi yarışlardan birini – Gran Premio del Norte yarışını xüsusilə qeyd etmək lazımdır. Bu yarışda sürücülər Buenos Ayresdən Perunun paytaxtı Limaya və oradan geriyə olan 10 000 kilometrlik məsafəni qət etməli idilər. Bu yarış iki həftəyə yaxın davam edib. O, Argentina Avtomobil Klubu və hökuməti tərəfindən maliyyələşdirilirdi. 1948-ci ildə onu karyerasını davam etdirmək üçün Avropaya göndərirlər. Fanxio 40-cı illərdə də bir sıra uğurlara imza atır. Lakin onun əfsanəyə çevriləcəyi seriyanın yaradılmasına az qalmışdı…

FORMULA1 KARYERASI

<figure class="wp-caption aligncenter" id="attachment_22248" style="box-sizing: border-box; margin: 5px auto; border: 1px solid rgb(240, 240, 240); max-width: 96%; padding: 5px 3px 10px; text-align: center; color: rgb(51, 51, 51); font-family: iaz, sans-serif; font-size: 18px; line-height: 28px; width: 790px; background-image: initial; background-attachment: initial; background-size: initial; background-origin: initial; background-clip: initial; background-position: initial; background-repeat: initial;">Dünya çempionları: Xuan Manuel Fanxiohttp://www.f-1.az/files/uploads/2017/02/f-1.az_2017-02-14_01-44-50-300x178.jpg 300w, http://www.f-1.az/files/uploads/2017/02/f-1.az_2017-02-14_01-44-50-768x457.jpg 768w" style="box-sizing: border-box; border: 0px none; vertical-align: middle; max-width: 98.5%; height: auto; display: block; margin: 0px; padding: 0px; width: auto;" width="790" /><figcaption class="wp-caption-text" style="box-sizing: border-box;">Xuan Manuel Fanxio. Almaniya Qran Prisi, 1955-ci il</figcaption></figure>

 

Statistika
Yarışdığı illər 1950-1951, 1953-1958
Yarışdığı komandalar Alfa Romeo, Maserati, Mercedes, Ferrari,
İştirak (Start) 52 (51)
Çempionluq 5 (1951, 1954, 1955, 1956, 1957)
Qələbə 24
Podium 35
Xal 245 (277 914) *
Poul 29
Sürətli dövrə 23
İlk yarışı Britaniya Qran Prisi, 1950-ci il
İlk qələbəsi Monako Qran Prisi, 1950-ci il
Son qələbəsi Almaniya Qran Prisi, 1957-ci il
Son yarışı Fransa Qran Prisi, 1958-ci il

– Formula1-də 1990-cı ilə qədər mövsüm sonunda sürücülərin qazandığı bütün xallar yox, mövsüm ərzində müəyyən sayda yarışda topladığı xallar nəzərə alınıb. Cədvəldə həm mövsüm sonunda nəzərə alınan xallar, həm də ümumi xallar göstərilib.

Fanxio bir çox Formula1 sürücüsündən fərqli olaraq, karyerasına orta yaşlarında başlayıb. O, bir çox yarışda ən yaşlı sürücü olurdu. Onun dövründə sürücülərin demək olar ki, təhlükəsizlik avadanlıqları yox idi. O dövrün maşınları onilliklər sonra olan maşınlarla müqayisədə daha yavaş idilər, amma daha çox fiziki güc tələb edirdilər. Fanxionun komandasını tərk etməklə bağlı heç bir peşmançılığı olmurdu. Hətta mövsümün gedişində o bilsəydi ki, başqa komanda ona daha yaxşı maşın verəcək, düşünmədən komandasını tərk edə bilərdi. O, bəzi yarışların nəticələrini komanda yoldaşları ilə bölüşüb, bunun səbəbi isə texniki problem yaşadıqda komanda yoldaşının maşınını sürməsi idi. Karyerası boyu Xuan Peronun başçılıq etdiyi Argentina höküməti tərəfindən maliyyələşdirilən Fanxionun əsas rəqibləri Nino Farina, Alberto Askari və Stirlinq Moss olublar.

Formula1-in ilk mövsümündə – 1950-ci ildə Alfa Romeo-da yarışan Xuan çıxdığı altı yarışdan cəmi üçündə – Monako, Belçika və Fransa Qran Prilərində finiş görə bilir və hər üç yarışda qalib gəlir. Lakin yekunda üç qələbəsi və bir dördüncülüyü olan Farinaya 3 xallıq fərqlə uduzur. Həmin mövsüm təqvimə daxil olmayan altı yarışda dörd birincilik, iki ikincilik əldə edir.  Növbəti mövsümdə də komandada qalan Fanxio İsveçrə, Fransa və İspaniyada qalib gəlir və ilk dünya çempionluğunu Askarini 6 xal üstələyərək qazanır.

<figure class="wp-caption aligncenter" id="attachment_22249" style="box-sizing: border-box; margin: 5px auto; border: 1px solid rgb(240, 240, 240); max-width: 96%; padding: 5px 3px 10px; text-align: center; color: rgb(51, 51, 51); font-family: iaz, sans-serif; font-size: 18px; line-height: 28px; width: 790px; background-image: initial; background-attachment: initial; background-size: initial; background-origin: initial; background-clip: initial; background-position: initial; background-repeat: initial;">Dünya çempionları: Xuan Manuel Fanxiohttp://www.f-1.az/files/uploads/2017/02/f-1.az_2017-02-14_01-54-21-300x179.jpg 300w, http://www.f-1.az/files/uploads/2017/02/f-1.az_2017-02-14_01-54-21-768x457.jpg 768w" style="box-sizing: border-box; border: 0px none; vertical-align: middle; max-width: 98.5%; height: auto; display: block; margin: 0px; padding: 0px; width: auto;" width="790" /><figcaption class="wp-caption-text" style="box-sizing: border-box;">Fanxio Alfa Romeo 158 ilə</figcaption></figure>

1952-ci ildə Formula2-nin reqlamentinə keçid qərarı Alfa Romeo-nu çətin vəziyyətdə qoyur – onların öz maşınları ilə yarışmaları mümkünsüz olur və çempionatdan çəkilirlər. Maşınsız qalan Fanxio təqvimə daxil olmayan yarışlarda BRM V16 ilə yarışır. Maserati ilə Montsada yarışmağa razılıq verən Fanxio təyyarəyə yetişə bilmir və Parisdən maşınla yoluna davam etmək qərarına gəlir. Starta bir saatdan bir az artıq vaxt qalanda Montsaya çatan Fanxio çox yorğun olur. Yarışa ən arxadan başlayır və ikinci dövrədə qəza edir. Yaralı vəziyyətdə xəstəxanaya çatdırılır. Onun boynunun sındığı aydın olur və sürücü 1952-ci ili Argentinada sağalmağa sərf edir.

1953-cü ildə Formula1-ə Maserati ilə qayıdan Fanxio ilk 3 yarışda finişə çata bilmir. Həmin mövsümdə dominantlıq edən Ferrari-nin çempion sürücüsü Alberto Askari ilk beş yarışın dördündə qalib gələrək çempionatın taleyini demək olar ki, həll edir. Montsa yarışında isə Fanxionun bəxti gətirir və qalib gəlir. Gərgin mübarizəyə səhnə olan yarışın son dövrəsində Askari yerində fırlanaraq yarışı dayandırmalı olur. Feliçe Bonettonun da yanacağı bitir və Fanxio əsas rəqiblərindən Farinanı 1.4 saniyə fərqlə üstələyərək mövsümdəki yeganə qələbəsini qazanır. Mövsümü ikinci yerdə başa vurur.

1954-cü ilə Maserati-nin tərkibində başlayır və həm çempionatda, həm də təqvimə daxil olmayan yarışlarda qələbələr qazanır. Lakin mövsümün ortasında Mercedes-ə keçir. W196 Monoposto ilə həmin il və növbəti il 8 qələbə qazanır və hər iki mövsümü çempion kimi başa vurur. Xüsusilə də 1955-ci ildə keçirilən yarışı qeyd etmək lazımdır – trasın istiliyinin +57 dərəcəyə qalxdığı yarışda əzmli qələbə qazanır. Lakin onun Mercedes sərgüzəştləri də 1955-ci ildə bitir –  Le Man faciəsinə görə Mercedes avtoidmandan gedir. Fanxio isə bir daha Le Manda yarışmır…

Fanxio 1956-cı ildə dördüncü titulunu qazanmaq üçün Ferrari-yə keçir. Lakin birlikdə qazandıqları uğurlara baxmayaraq, Entso Ferrari ilə isti münasibətləri olmur. Mövsüm ərzində 3 yarışda – Argentina, Monako və İtaliyada texniki problem yaşayan Fanxio yarışı komanda yoldaşının maşınında davam etdirir və hər 3 halda xallar iki sürücü arasında bölüşdürülür. Lakin Montsada  keçirilən mövsümün son yarışında çempionluğa namizədlərdən olan Piter Kollinzin maşını finişə 15 dövrə qalmış problem yaşayan Fanxioya verilməsəydi, bizim növbəti yazılarımızdan biri elə Kollinz haqqında olacaqdı… Fanxio istəyinə çatır – ardıcıl üçüncü, ümumilikdə isə dördüncü çempionluğunu qazanır.

<figure class="wp-caption aligncenter" id="attachment_22251" style="box-sizing: border-box; margin: 5px auto; border: 1px solid rgb(240, 240, 240); max-width: 96%; padding: 5px 3px 10px; text-align: center; color: rgb(51, 51, 51); font-family: iaz, sans-serif; font-size: 18px; line-height: 28px; width: 790px; background-image: initial; background-attachment: initial; background-size: initial; background-origin: initial; background-clip: initial; background-position: initial; background-repeat: initial;">Dünya çempionları: Xuan Manuel Fanxiohttp://www.f-1.az/files/uploads/2017/02/f-1.az_2017-02-14_02-01-59-300x178.jpg 300w, http://www.f-1.az/files/uploads/2017/02/f-1.az_2017-02-14_02-01-59-768x457.jpg 768w" style="box-sizing: border-box; border: 0px none; vertical-align: middle; max-width: 98.5%; height: auto; display: block; margin: 0px; padding: 0px; width: auto;" width="790" /><figcaption class="wp-caption-text" style="box-sizing: border-box;">Fanxio 1957-ci ildə Almaniya Qran Prisində qalib gəlir</figcaption></figure>

 

1957-ci ildə Maserati-yə qayıdan Fanxio 1954-cü ildə yarışdığı 250F-lə yarışır və mövsümə het-triklə başlayır. Britaniyada motoru partlayan Fanxioya Nüburqrinqdəki yarışda qazanacağı altı xal erkən çempionluq üçün kifayət edirdi. Yarışa pouldan başlayan Xuan startda Hotorn və Kollinzdən geri qalır. Lakin üçüncü dövrədə onların hər ikisini keçir. Yarıya qədər doldurulmuş çənlə start alan Fanxio həm də təkərlərini dəyişdirmək üçün pit-stop etmək məcburiyyətində idi. Yarışın 13-cü dövrəsində pit-stop edərkən çox vaxt itirən Fanxio trasa Kollinz və Hotorndan 50 saniyə arxada qayıdır. Lakin bundan sonra o, özünün də dediyi kimi, karyerasının ən yaxşı yarışını keçirir. O, özünə gəlir və ardıcıl sürətli dövrələr vurur. İyirminci dövrədəki nəticəsi isə Ferrari-lərin nəticəsini 11 (!!!) saniyə üstələyir. Sona bir dövrə qalmış hər iki rəqibini keçən Fanxio beşinci titulunu rəsmiləşdirir. Fanxionun bu çıxışı bir çoxları tərəfindən tez-tez Formula1 tarixinin ən yaxşı çıxışı kimi qeyd edilir. Bu həm də onun Formula1-dəki sonuncu qələbəsi olur. Fanxio özü bu yarış barədə belə deyirdi: “Mən indiyə qədər həyatım boyu belə sürməmişəm və buna yenidən nail olacağıma inanmıram”.

Fanxio ardıcıl çempionluqlardan sonra 1958-ci ildə Fransa Qran Prisində karyerasını başa vurur. Xuana hörmət əlaməti olaraq onu bir dövrə üstləyən yarışın lideri Hotorn sürətini maksimum azaldır ki, Fanxio dövrəsini geri alsın və son yarışında 50 dövrəli məsafəni qət etsin. Bununla da o, Formula1-də ən aşağı sürətlə qalib gələn sürücü olur. Fanxio isə Maserati-sindən enərək mexanikinə sakitcə deyir: “Bu, başa çatdı…” Beləliklə çıxdığı yarışların 46.15%-də qalıib gələn beşqat dünya çempionunun bu göstərici hələ də ən yaxşısıdır. Onun ən yaxın izləyicisi isə 40.63%-lə Alberto Askaridir.

<figure class="wp-caption aligncenter" id="attachment_22252" style="box-sizing: border-box; margin: 5px auto; border: 1px solid rgb(240, 240, 240); max-width: 96%; padding: 5px 3px 10px; text-align: center; color: rgb(51, 51, 51); font-family: iaz, sans-serif; font-size: 18px; line-height: 28px; width: 790px; background-image: initial; background-attachment: initial; background-size: initial; background-origin: initial; background-clip: initial; background-position: initial; background-repeat: initial;">Dünya çempionları: Xuan Manuel Fanxiohttp://www.f-1.az/files/uploads/2017/02/f-1.az_2017-02-14_02-07-53-300x179.jpg 300w, http://www.f-1.az/files/uploads/2017/02/f-1.az_2017-02-14_02-07-53-768x458.jpg 768w" style="box-sizing: border-box; border: 0px none; vertical-align: middle; max-width: 98.5%; height: auto; display: block; margin: 0px; padding: 0px; width: auto;" width="790" /><figcaption class="wp-caption-text" style="box-sizing: border-box;">Fanxio Kubada qaçırılmamışdan bir gün əvvəl prezident Batista ilə</figcaption></figure>

Fanxio Formula1 karyerasını bitirsə də, yarışmaq həvəsi onu tərk etmir və buna görə hətta başına pis hadisə də gəlir. Təqvimə daxil olmayan Kuba Qran Prisini 1957-ci ildə qazanan Xuan növbəti il də yarışa qatılmaq üçün Havanaya gedir. Fidel Kastronun 26 İyul Hərəkatı zamanı iki silahlı şəxs Fanxionun qaldığı Lincoln otelinə daxil olur və onu silah gücü ilə qaçırırlar. Məqsəd sadə idi – onlar avtoidmanın ən məşhur şəxsini qaçıraraq hamıya öz güclərini göstərmək istəyirdilər. Şokedici xəbər bütün dünyaya yayılır. Polislərin quldurları hələ tutmamasına baxmayaraq, prezident Fulgençio Batista geri addım atmadı və yarışın keçirilməsi barədə göstəriş verir. Hava limanlarında, yollarda polislər xüsusi dəstələr yaradırlar, hər bir sürücü isə xüsusi qorunur.

Fanxionu üç fərqli evə aparırlar. Ona yarışa radio vasitəsi ilə qulaq asmaq üçün şərait yaradırlar. Yaırşdan sonra isə baş vermiş qorxunc qəzaya televizordan baxmağa icazə verirlər. Üçüncü mənzildə ona yataq otağında dincəlməyə icazə verirlər. Onlar Fanxioya öz inqilab proqramları barədə danışırlar, lakin Fanxio buna maraq göstərmir. Əmin olmaq lazımdır ki, onlar Fanxioya zərər vermək istəmirdilər. Həm də, deyəsən, onların arasında Stokholm Sindromu da var idi. Çünki xilas edildikdən sonra Fanxio onlara ürəyinin yandığını bildirmişdi: “Bu da bir macəra idi. Əgər onların bunun üçün yaxşı səbəbləri var idisə, mən orada olduğum vaxtı Argentinada olduğum kimi qəbul edərəm”. Fanxio 29 saatdan sonra azad olunur, lakin həmin hadisədən sonra da özünü qaçıranlarla dost kimi qalır. Onun qaçırılmasını Alberto Leççi Operacion Fangio adı altında ekranlaşdırıb.

Növbəti onilliklərdə də avtoidmana bağlı qalan Fanxio bir çox tədbirlərə, yarışlara öz töhfəsini verir. Lakin 1980-ci illərdə səhhətində problemlər yaranmağa başlayır. Ürəyindən baypass əməliyyatı keçirir və ölümünə qədər böyrək çatışmazlığından əziyyət çəkir. Formula1-in tarixinə adını qızıl hərflərlə yazdırmış Xuan Manuel Fanxio 1995-ci il iyulun 17-də 84 yaşında böyrək çatışmazlığı və pnevmaniyadan vəfat edir.

Fanxio heç vaxt rəsmi nigahda olmayıb, lakin Andrea Berruet ilə sıx münasibətləri olub. Onların Oskar Espinoza adlı oğulları dünyaya gəlir, lakin 2000-ci ildə Fanxionun təsdiq edilməmiş oğlu kimi qəbul edilir. Onun digər münasibəti isə Katalin Bazili olə olur və bu münasibətdən də Ruben Vaskes dünyaya gəlir. 2015-ci ilin iyul ayında Fanxionun qəbri açılaraq cəsədinin qalıqları DNT təhlili üçün eksqumasiya olunur. Beləliklə həmin ilin sonunda Oskarın, 2016-cı ilin fevral ayında isə Vaskesin onun oğlu olması təsdiq olunur. 

Fanxionu avtoidman tarixinin ən yaxşısı elan edənlərin sayı az deyil. Cim Klark,  Alen Prost, Ayrton Senna və Mixael Şumaxer kimi olduqca uğurlu sürücülər məhz onunla müqayisə olunurlar. 67 illik Formula1 tarixinin 47 ilində ən titullu sürücü olan Fanxiosuz bu idmanı təsəvvür etmək mümkün deyil. Uğur qazanmaq üçün başqa komandalara keçməsi, yəni öz komandasına sadiq qalmaması, bəzən komanda yoldaşının maşınına əyləşərək titulu qazanması onun böyüklüyünə zərbə vura bilməz. Xuan Manuel Fanxio hazırda Mixael Şumaxerdən sonra Formula1 tarixinin ən titullu ikinci sürücüsüdür…

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat