Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

İdman və siyasət

Sayta qoyulub: 14:04 10.02.2017 (493 dəfə oxunub)

 

 

İdmanla vidalaşanların bir çoxu öz karyeralarını məşqçiliklə davam etdirir, bəziləri isə təqaüdə çıxıb rahat həyat keçirməyə üstünlük verir.Məşhurlar arasında elələri də  var ki, fəaliyyətini sosial cəmiyyətlə bağlayır, ya  siyasətçi, ya da dövlət xadimi olur. 

 

İdman və siyasət

 

 

      Kiyev şəhərinin meri Vitali Kliçko siyasi fəaliyyətə başlamazdan əvvəl mahir boksçu olub. 1995-ci ildən özünü peşəkar rinqdə sınayan Vitali 18 illik karyerasında 68 döyüş keçirib və bunların 64-də  qələbə qazanıb, 54 dəfə rəqiblərini nokautla məğlub edib. Kliçko WBO və WBC versiyaları üzrə ağır çəkidə dünya çempionu adına layiq görülüb. O, 2010-cu ildə İslahatlar Naminə Ukrayna Demokratik Alyansı partiyasının sədri olub və Ali Rada seçkilərində deputat mandatı qazanıb. Hazırda Kiyev şəhər adminstarsiyasının rəhbəridir. 

     

İdman və siyasət

 

Daha çox Hollivud blokbasterlərinin əvəzolunmaz ulduzu kimi şöhrətlənən Arnold Şvarsenegger 15 yaşından bodibildinqlə məşğul olub. İdmançı karyerasında  “Mister Avropa”, “Mister Olimpiya” və “Mister Kainat” mükafatlarını qazanan Arnold daha sonra kinofilmlərə çəkilməyə başlayıb. Şvarsenegger 2003-2011-ci illərdə Kaliforniya ştatının  qubernatoru olub. 

 

İdman və siyasət

 

 

     Dövrünün məşhur futbolçusu Kaxa Kaladze hazırda Gücürstanda siyasi fəaliyyəti ilə diqqət çəkir. Futbolçu karyerasına 1993-cü ildə Tbilisi “Dinamo”sunda başlayan Kaladze daha sonra Kiyevin “Dinamo”, İtaliyanın “Milan” və “Cenoa” klublarında, həmçinin Gürcüstan millisində  oynayıb. 2012-ci ildə yaşıl meydanlarda çıxışlarını başa vurduğunu açıqlayan Kaladze hazırda Gürcüstanın energetika naziri və baş nazirin müavini vəzifəsində çalışır. 

 

İdman və siyasət

 

 

     Bədii gimanstika üzrə olimpiya çempionu rusiyalı Alina Kabayeva da idmandan siyasətə keçənlərdəndir.  Hazırda 34 yaşlı Kabayeva “Vahid Rusiya” partiyasındanRusiya Dövlət Dumasının   deputatıdır.  2008 və 2013-cü illərin  seçkilərində qələbə qazanıb.

 

İdman və siyasət

 

 

      Filippin mənşəli tanınmış boksçu Menni Pakyao öz ölkəsində siyasi fəaliyyətlə də  məşğul olur. 39 yaşlı  rinq ustası 8 müxtəlif çəkidə peşəkar boks titullarına yiyələnməklə dünya rekordu müəyyənləşdirib.  63 döyüşün 56-sını qələbə, 2-ni heç-heçə başa vuran və yalnız  5-də uduzan  Pakyao  2007-ci ildən siyasi fəaliyyətə başlayıb. O,   2010-cu ildə Filippin Konqresinə seçkilərdə Liberal Partiyasının nümayəndəsi kimi qalib gələrək konqresmen adını qazanıb.

 

İdman və siyasət

 

    Hazırda siyasətlə məşğul olan  Nikolay Valuyev də vaxtilə  peşəkar boksun tanınmış nümayəndələrindən biri olub. Sankt Peterburq şəhərində doğulan 43 yaşlı Valuyev idmançı karyerasında dəfələrlə Rusiya çempionu, həmçinin agır çəkidə WBA seriyasının qalibi adını qazanıb.   2011-ci ildən “Vahid Rusiya” partiyasından dumaya deputat seçilib.O, dumanın bədən tərbiyəsi və idman, gənclərlə iş komitəsinin üzvüdür.  

 

İdman və siyasət

 

 

      Ukraynalı  əfsanəvi atlet  Serqey Bubka da hazırda aktiv siyasətçilərdən biri kimi tanınır. Süvüllə tullanma yarışlarında  onun hələ 1985-ci ildə müəyyənləşdirdiyi    6 metr 14 santimetr nəticə indiyədək  dünya rekordu kimi saxlanılır. Sergey Bubka  1 dəfə olimpiya Oyunlarında, 6 dəfə isə dünya  çempionatlarında qızıl medalın sahibi olub. 2002- 2006-ci illərdə Ukrayna Ali Radasına deputat seçilib. Hazırda Ukrayna Milli Olimpiya Komitəsinin prezidentidir. 

 

İdman və siyasət

 

 

     Yunan –Roma güləşi üzrə 3 qat olimpiya çempionu, 12 qat dünya və Avropa  çempionu, Rusiya Qəhrəmanı  Aleksandr Karelin də peşəkar idmandan sonra siyasətlə məşğul olmağı qərara alıb.  “Vahid Rusiya” partiyasının üzvü olan Karelin hazırda  Dövlət Dumasının deputatıdır. 

 

İdman və siyasət

        Liberiyalı Corc Vea futbolçu karyerasını başa vurduqdan sonra öz Vətənində siyaətlə məşğul olmağa başlayıb. “Monako”, “Pari Sen Jermen”, Milan Çelsi, Mançeseter Siti və Marsel kimi tanınmış klublarda oynayan  Corc Vea 2015-ci ildə Liberiya prezidentliyinə namizədliyini irəli sürüb.  Lakin Vea seçkilərin  ikinci turunda məğlub olub. 

 

İdman və siyasət

 

       Futbol üzrə sabiq dünya çempionu, braziliyalı Romario da hazırda siyasət aləminə baş vurub. Sosialist Partiyasının üzvü  kimi o,  2010-cu ildən siyası fəaliyyətini Braziliya Milli Konqresinin aşağı palatasında davam etdirir.

 

İdman və siyasət

 

 

       Respublikamızın görkəmli idmançıları arasında isə sonradan siyasət yolunu tutanlardan: Milli Məclisin deputatları  - boks üzrə beynəlxalq dərəcəli hakim Ağacan Əbiyev, şahmat üzrə beynəlxalq qrossmeyster, keçmiş SSRİ xalqlarının spartakiadasının qalibi Aynur Sofiyeva, karate üzrə dünya çempionu Ulvi Quliyev, kikboks üzrə dünya çempionu Adil Əliyev və başqalarını göstərmək olar.

 

 

Vüqar Nəzərov       


XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat