Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

Boris Xetaqurov: “AFFA, “Neftçi” heç utanmır?!”

Sayta qoyulub: 13:22 09.02.2017 (562 dəfə oxunub)

Boris Xetaqurov: “AFFA, “Neftçi” heç utanmır?!”

 

 

Çingiz Abdullayev "Neftçi"nin Müşahidə Şurasının sədri təyin olunduqdan bir neçə gün sonra klubun bazasına gəlir. Komandanın tarixi ilə maraqlanır. Qarşısına 1966-cı ildə çəkilən bir şəkil çıxır, diqqətlə ona baxanda yanında duran Boris Xetaqurov deyir: "O şəkildə mən də varam!"

Xalq yazıçısı təəccüblənir, 40 il komandada baş həkim işləyən bir insana diqqət göstərir, yaxınlarda Xetaqurovun yubiley yaşının olacağını öyrənəndə isə gözəl bir təkliflə çıxış edir: "75 illiyinizi yüksək səviyyədə qeyd edəcəyik".

... Və 1-2 ay sonra Boris Xetaqurova heç vaxt unutmayacağı dırnaqarası yubiley "hədiyyə"si gəlir. 

Onu “Neftçi”dən çıxarırlar.

***

- Bu hadisədən danışanda əlim-ayağım titrəyir.

Boris Xetaqurov deyir bunu. Təbiətcə sakit adamdı, yüksək mədəniyyət sahibidi. Bu söhbətin üstünə gələnə qədər bir saatdan çox danışmışdıq. Hirs yox, əsəb yox. Amma elə ki, “Neftçi”dən çıxarılması haqda sual verdim, Xetaqurovun rəngi dəyişdi, bunu özü hiss edib əvvəlcə üzrxahlıq etdi: “Əsəbiləşəndə belə oluram”.

- 38 il “Neftçi”də işləmişdiniz. Sonra müəyyən müddət millidə və “Xəzər Lənkəran”da çalışdınız. Bəs, doğma klubunuza nə vaxt qayıtdınız?

- 2004-2010-cu illərdə Mübariz Mənsimovun dəvəti ilə “Xəzər Lənkəran”da işlədim. Elə o vaxtlar mənə “Neftçi”dən çox dəvət gəlmişdi. Klubun keçmiş prezidenti Əkbər Hacıyevin vaxtında da belə təklif olmuşdu. Qəbul etmədim. Mübariz Mənsimova sözüm vardı, klubda üzərimə düşən işi yerinə yetirməmiş oranı tərk etməzdim. 2010-cu ilin sonunda ayrıldım “Xəzər Lənkəran”dan. Sonra Sadıq Sadıqov zəng edib “Neftçi”yə dəvət etdi. 2011-ci ilin martında yenidən bu klubda fəaliyyətə başladım. Hər şey əla idi. Sadıq müəllimi indiyədək minnətdarlıqla xatırlayıram. Sonra Tahir müəllimin gedişindən sonra Elnur Məmmədov kluba vitse-prezident təyin edildi. Bir müddət keçəndən sonra artıq Sadıq Sadıqov özü də “Neftçi”ni tərk etdi. Və...

Boris Xetaqurov xahiş edir ki, danışdıqlarının hamısını yazım: “Dediyim bütün cümlələrin altına öz imzamı atıram” – deyir... Qəlbi çox qırılıb. Hətta bir insanın, nurlu bir həkimin göz yaşlarını axıdacaq qədər.

- Mənim 50 il müddətində çalışdığım bütün klub rəhbərləri ilə yaxşı münasibətim olub. Həm ölkəmin, həm futbolumuzun, həm də “Neftçi”nin qarşısında alnım açıqdı. Heç vaxt yalan danışmaram. İşləmək üçün də alışıb-yanmıram. 76 yaşım var. Artıq o yaşda deyiləm ki, əlimdəki çemodanla meydançada qaçım. Amma yəni mənim bu ölkənin futbolu qarşısında hörmətim yoxdu?

Boris Xetaqurov: “AFFA, “Neftçi” heç utanmır?!”
Elnur Məmmədov

Nəysə, qayıdım komandadan uzaqlaşma səbəbimə. Sadıq Sadıqov gedəndən sonra Elnur Məmmədov bu dəfə icraçı direktor təyin edildi. Sonra klubda Müşahidə Şurası yaradıldı. Elə o vaxtdan hiss etməyə başladım ki, Elnur Məmmədovla işlərim alınmır. Halbuki buna qədər, düz 50 ildə heç bir klub rəhbəri və məşqçi ilə mənim aramda fikir ayrılığı olmamışdı. Həmişə münasibətlərimiz qarşılıqlı hörmətə dayanıb. Bilmirəm, bəlkə bu, mənim yumşaq xarakterimə, ya da qarşıma yaxşı insanlar çıxdığına görə olub. Mən ilk dəfədi bunları açıqlayıram. Elnur Məmmədovun gəlişindən sonra mənə münasibət dəyişməyə başladı. Hansı ideyanı verirdimsə, keçmirdi.

Günlərin birində isə Elnur Məmmədov mənim rəhbərlik etdiyim bütün həkim heyətini otağına çağırdı. Yanındakı cavan oğlanı göstərib dedi ki, o, bundan sonra komandanın həkimi işləyəcək, “Neftçi”də dərman ləvazimatlarının alınması, siyahısının tərtib olunmasına baxacaq. Adı yadımda qalmayıb onun. Bilmirəm, indi “Neftçi”də işləyir, ya yox... Bir neçə gün keçəndən sonra isə növbəti dəfə bizi otağına çağırdı. Və bildirdi ki, bu adam (həminki oğlan) “Neftçi”nin baş həkimi təyin olunur! Yəni mənim yerimə. Donub qaldım. Soruşuram, Elnur müəllim, bəs, mən nə işlə məşğul olacam? Laqeydliklə cavab verdi ki, baxın da. Dedi, artıq klubda baş həkim bu adamdı. Bütün məsələlərə o cavabdehdi. Təklif etdim ki, iclas bitsin, biz ikilikdə ayrıca söhbət edək. Amma söhbətimiz baş tutmadı, məni qəbul etmədi. Sonra getdim onun müavini Mübarizin yanına. Dedim, bu yaxşı hərəkət deyil. Mənim yerinə kimi götürmüsünüzsə, buna etirazım yoxdu. Amma axı məni adi nəzakət xatirinə əvvəlcədən bu haqda xəbərdar etmək olardı. Bu məsələdə razılığım lazım deyildi ki. Gərək, çağırıb, sadəcə beşçə dəqiqə danışıb, hörmət əlaməti olaraq, fikrimi öyrənəydilər. Onda heç bu qədər yer eləməzdi mənə.

Sonra komanda istirahətə çıxdı. Gördüm belə davam edə bilməz. Məni həyatımda ilk dəfə təhqir etmişdilər, özü də bu cür alçaq formada. Ayıb deyil, utanmırlar?! Həyatımda ilk dəfə klub rəhbərliyi ilə aramda gərginlik yarandı. 

Məni - Azərbaycan futboluna, tibb idmanına 50 il xidmət etmiş bir adamı bax bu şəkildə uzaqlaşdırdılar “Neftçi”dən. Yəni ərizə yazıb çıxmağım üçün bütün şəraiti yaratdılar. Elnur Məmmədovla Çingiz Abdullayevin adına yazdım müraciəti. Müraciətə münasibətləri nə oldu? Heç nə. Sıfır! Mübariz zəng vurub deyir ki, niyə belə müraciət yazmısınız? Cavab verdim ki, mənə niyə zəng vurmusan? Onlara müraciət etmişəm, çağırsınlar, vəziyyəti aydınlaşdırsınlar. Amma etmədilər. Mən onlardan adi, elementar hörmət gözləyirdim. Heyf...

Xetaqurov Çingiz Abdullayevdən daha çox incikdi. Görünür,  xalq yazıçısından bu məsələdə gözləntiləri daha çox olub...

- Amma zəng vurmadı... Nə zəng vurdu, nə də görüşdü. Halbuki müraciətin bir nüsxəsini şəxsən onun köməkçisinə çatdırmışdım. 


Boris Xetaqurov: “AFFA, “Neftçi” heç utanmır?!”
Çingiz Abdullayev

Mənim futbolda qazanmadığım nailiyyətlər qalmayıb. Futbola aidiyyatı olmayan Elnur Məmmədov isə məni “Neftçi”dən uzaqlaşdırdı. Bəzən oturub evdə düşünürəm. Mən axı niyə ömrümün 50 ilini futbola həsr etmişdim? Ona görə ki, yaşı heç mənim futbol təcrübəm qədər olmayan biri məni bu qədər hörmətsiz şəkildə “Neftçi”dən uzaqlaşdırsın?

Bu hadisədən 2-3 həftə sonra 75 yaşım tamam oldu. Azərbaycan futbolundan o adam qalmadı məni təbrik etməsin. Hətta uzaq İtaliya, Almaniya, Rusiyadan təbriklər aldım. AFFA-nın saytı təbrik verdi. Amma “Neftçi”dən heç kim təbrik etmədi. Heç saytları belə 2-3 cümləlik təbrik verməyi özünə sığışdırmadı. 1966-cı ildə bürünc medal qazanan “Neftçi”dən sağ qalan 5 nəfər var. Markarov Yerevanda, Boqdanov Kiyevdə, Kazbek Tuayev, Yaşar Babayev və mən isə Bakıdayıq. Ötən il bürünc qazanmağımızın 50 ili  tamam olanda “Neftçi” Yaşarla Kazbeki təbrik etdi, məni yox. Klubun mətbuat xidmətindən Mehman isə “Futbol+”də deyir ki, Xetaqurov futbolçu olmayıb... Mən o üçüncü yerə görə diplomlar almışam axı. Futbolçu olmamışam düzdü, amma bürünc qazanan komandanın tərkində olmuşam ki. Buna görə medallar almışam ki...

- Bəs, AFFA-dan sizinlə maraqlanan oldu? Və ya özünüz müraciət etsiniz onlara?

- Özüm müraciət etmədim. Heç ordan da maraqlanan olmayıb. Elə bil futbol tariximizdə heç mən adda adam yoxdur. İl yarımdan çoxdu artıq işsizəm. 

- Təqaüd alırsınız?

- Hə.

- İş üçün harasa müraciət etmək fikriniz var?

- Bayaq dedim, mənim artıq o yaşım deyil. Amma məni incidən başqa şeydi. “Neftçi”ni qoyaq bir kənara. Bəs AFFA-nın niyə yadına düşmürəm? Niyə mənim məsləhətlərimə, fikirlərimə ehtiyac duymur. İş istəmirəm axı.

Dünyanın heç bir ölkəsində millinin baş həkimi əcnəbi deyil. Amma bizdə AFFA bu vəzifəyə ukraynalını təyin edib. Məgər Azərbaycanın özünün yetişdirdiyi mütəxəssis yoxdu? Var! Ozü də nə qədər. Amma onlar AFFA-ya lazım deyil. Rəhim Məhərrəmov, Kamil İsgəndərov, Fikrət Nəbiyev, Faiq Hüseynov kimi kadrlarımız dura-dura gədib xaricdən milliyə həkim gətiriblər.

Bu, məni çox təəssüfləndirir və təəccübləndirir. Hardasa 2 il əvvəl bizdə İdman Tibb Mərkəzi istifadəyə verilib. İnanın, keçmiş SSRİ-də ən yaxşı mərkəzlərdən biridi... Orda da yüksək səviyyəli kadrlar toplaşıb. Amma bütün bunların fonunda biz milliyə xaricdən mütəxəssis gətiririk. Mən bir Azərbaycan vətəndaşı, ömrünün 50 ilini Azərbaycan futboluna, tibb idmanına sərf edən bir insan, əməkdar həkim (özü də tibb idmanı üzrə Azərbaycanın yeganə əməkdar həkimi) kimi bütün bu diqqətsizliyə biganə qala bilmərəm. Mən ölkə prezidentinə müraciət etməyə hazırlaşıram. Bu, mənim ürəyimin fəryadıdı. Bax görürsüz, əlim əsir, yenə... Axı belə olmaz! Bu, Azərbaycan futboluna, bizim həkimlərimizə qarşı təhqirdir.

Deməli, AFFA ötən il dekabrında futbol sahəsində çalışanlar üçün seminar keçirdi. Ora futbol komandalarında çalışan 13 həkimi dəvət etmişdilər. Məni isə yadlarına salmadılar. Elə həmin vaxt Rusiya Futbol İttifaqı eyni mövzuda tədbir keçirirdi və məni ora dəvət etmişdi. Baxın, bu da dəvət məktubları... Rusiyanın mənə münasibətinə baxın, bir də özümüzünkülərin. AFFA qəzetdə mənə cavab vermişdi ki, UEFA-nın tövsiyəsi ilə seminara yalnız komandaların məşqçilərini dəvət etməyi uyğun biliblər. Məgər UEFA yazıb ki, bu seminara Xetaqurovu dəvət etməyin? Heç olmasa, qonaq, dinləyici kimi dəvət edərdilər də. Oturub qulaq asardım. Bəlkə mən də ümumi işin xeyrinə olacaq 1-2 fikir deyəcəkdim.

Mən özüm millinin, AFFA-nın tibb komitəsinin rəhbəri işləyəndə UEFA-nın təşkilatçılığı bu cür seminarlar keçirmişəm. Orda Türkiyədən Mehmet Binnet kimi tanınmış mütəxəssis də iştirak edib. Və həmin tədbirə klubların həkimləri ilə yanaşı, müxtəlif tibb mərkəzlərində çalışan və futbol sahəsinə yaxın olan mütəxəssisləri də dəvət etmişəm. Amma indikilər məni yada salmırlar. AFFA utanmır?! Onlar məni, Boris Xetaqurovu Azərbaycan futbolundan silmək istəyirlər. 

***

Xetaqurovla söhbətin ilk hissəsinə burda yekun vururuq. Yaxın vaxtlarda biz onunla sovet dövründə “Neftçi”dəki fəaliyyəti barədə söhbətimizi də təqdim edəcəyik. Onu və onun xidmətlərini yaddan çıxarmaq, danmaz olmaz. Çünki Xetaqurov kimi insanlar futbolumuzda olub, var və həmişə də olacaq.

Bu dünyada olanda da, bu dünyadan köçəndə də...

Və indi də, sonra da heç bir laqeydlik, heç bir diqqətsizlik onu Azərbaycan futbolunun tarixindən silə bilməyəcək.

Necə deyərlər, yaşasın, Boris Xetaqurov!

Aydın BAĞIROV

 

qol.az

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat