Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

Mövsümün yekunları: Mercedes AMG Petronas F1 Team

Sayta qoyulub: 13:37 23.12.2016 (342 dəfə oxunub)

Mövsümün yekunları: Mercedes AMG Petronas F1 Team

 

Formula1 üzrə 67-ci mövsüm artıq geridə qalıb. F-1.az hər bir komandanın mövsüm ərzindəki çıxışını, əldə etdiyi nəticələri təqdim edir.

 

Rəqibləri Mercedes AMG-nin dominantlığına son qoymaq üçün əllərindən gələni ediblər, lakin əvvəlki iki ilin çempion komandası 2016-cı ildə daha güclü olub. Rəqiblərinə cəmi iki qələbə və bir poul verən komandanın sürücüləri səkkiz yarışda ilk iki yeri tutublar.

N Sürücü
Yarış Yer Xal Ən yaxşı start Ən yaxşı finiş
6 Niko Rosberq 21 1 385 1 1
44 Lyuis Həmilton 21 2 380 1 1

 

Mercedes AMG Petronas F1 Team Yarış Yer Xal Ən yaxşı start Ən yaxşı finiş
2016 21 1 765 1 1
2015 19 1 703 1 1
2014 19 1 701 1 1
2013 19 2 360 1 1
2012 20 5 142 1 1

Mühəndislər Kubokunda ardıcıl iki vaxtından əvvəl qazanılmış tituldan sonra məqsəd aydın idi – hibrid turbomotorlar erasının birinci nəslinin son ilində də liderliyi qorumaq.

Komandanın 2016-cı il üçün hazırlanmış maşını – Mercedes-Benz F1 W07 Hybrid qış testlərindən əvvəl təqdim edilib. Mühəndislər keçən mövsümdə aşkarlanmış zəif cəhətləri düzəltmək üçün çalışıblar.

Mövsümün yekunları: Mercedes AMG Petronas F1 Teamhttp://www.f-1.az/files/uploads/2016/12/f-1.az_2016-12-22_09-18-03-300x178.jpg 300w, http://www.f-1.az/files/uploads/2016/12/f-1.az_2016-12-22_09-18-03-768x457.jpg 768w" style="box-sizing: border-box; border: 0px; vertical-align: middle; display: block; margin: 5px auto; max-width: 100%; height: auto;" width="790" />

Sürücü heyəti dəyişməyib – Lyuis Həmilton və Niko Rosberq ardıcıl dördüncü mövsüm komanda yoldaşı olublar. Lakin rəhbərlik onların texniki briqadalarını dəyişib. Həmiltonla üç il işləmiş şəxslər 2016-ci ildə Rosberqə, Rosberqin mühəndisləri isə Həmiltona təhkim ediliblər.

Səkkiz günlük qış testlərində cəmi bir gün protokollara başçılıq edən komanda qət edilən məsafəyə görə rəqiblərini xeyli qabaqlayıb. W07-nin real sürəti isə ancaq mövsümün ilk mərhələsində bilinib. Melburnda sıralanma turunda ilk iki yeri tutan Mercedes AMG sürücüləri yarışı dublla başa vurublar. Lakin onlar Fetteldən çox da üstün olmayıblar – Ferrari pilotu son dövrələrdə ikincilik üçün Həmiltona hücumlar edib. Bəhreyndə isə Həmilton Ferrari-dən geri qalıb – Rosberqin qalib gəldiyi yarışda Rəykkönen ikinci olub. Startda Bottasla insident yaşayan Həmilton isə yekunda ancaq üçüncü yeri tuta bilib. Həmilton Çində sıralanma turunda motordakı problemə görə sürətli dövrə vura bilməyib və yarışa sonuncu yerdən başlamalı olub. Yarışın ilk dövrəsində Nasrla toqquşaraq ön qanadını zədələyən britaniyalı finiş xəttini yeddinci keçib.

Həmiltonun qara zolağa düşməsi fonunda Rosberq 100%-lik nəticələr göstərməkdə davam edib. Keçən mövsümün son üç yarışında qalib gələrək başladığı qələbə seriyasını mövsümün ilk dörd yarışında da davam etdirib. Rusiya Qran Prisindən sonra Həmilton ondan 43 xal geri qalırdı və güc qurğusuna görə mövsüm ərzində cərimələr alacağı qaçılmaz görünürdü. Bütün texniki problemləri ancaq Həmiltonun yaşaması, onun mühəndislərinin Rosberqə verilməsi şayiələrə səbəb olub – bir çoxları komandanın Rosberqi çempion etmək istədiyini düşünüb. Lakin həm Mercedes AMG, həm də Həmilton bunu təkzib edib, hətta azarkeşlərə “açıq məktub” da yazıblar.

İspaniyadakı yarışdan əvvəl Rosberq titulu qazanmaq şansları barədə verilən suallara cavabında bildirib ki, o, yalnız növbəti yarışa köklənir və çempionatdakı vəziyyət barədə düşünmür. Alman sürücü demək olar ki, bütün yarışlardan əvvəl bu cümləni təkrarlayıb və bu taktikası yekunda ona uğur qazandırıb…

Mövsümün yekunları: Mercedes AMG Petronas F1 Teamhttp://www.f-1.az/files/uploads/2016/12/f-1.az_2016-12-22_09-21-25-300x178.jpg 300w, http://www.f-1.az/files/uploads/2016/12/f-1.az_2016-12-22_09-21-25-768x457.jpg 768w" style="box-sizing: border-box; border: 0px; vertical-align: middle; display: block; margin: 5px auto; max-width: 100%; height: auto;" width="790" />

Yeri gəlmişkən, Niko İspaniyada qələbə seriyasını davam etdirə bilməyib. Startda Lyuisi üstələməsinə baxmayaraq, mühərrik qəflətən səhv iş rejiminə keçib. Bundan istifadə edən Həmilton ona hücum etmək istəyib və bu həmlə qəza ilə nəticələnib. Hər iki sürücü yarışı dayandırmalı olub.

Hadisə ilə bağlı fikir ayrılıqları olub. Niki Lauda günahın Lyuisdə olduğunu deyib, Toto Volff isə bu barədə fikir bildirməyib. O, bundan sonra da sürücülərin bir-biri ilə yarışmasına icazə verəcəklərini, lakin onlara son xəbərdarlığın olunduğunu bildirib. Şayiələrə görə, günahı Rosberqdə görən Həmilton hətta komandadan gedəcəyi ilə bağlı rəhbərliyi hədələyib.

Həmilton Monako və Kanadada qalib gəlib. Bu iki yarış Rosberq üçün uğursuz alınıb və çempionatdakı fərq doqquz xala düşüb. Niko Bakıda qalib gələrək fərqi yenidən artırıb. Mövsümün gedişində onların arasında çempionluq uğrundakı mübarizə gərginləşib. Niko daha sabit çıxış edib və demək olar ki, əlinə düşən bütün şanslardan yararlanıb. Həmilton Avstriyada güc qurğusunun icazə verilən sonuncu – beşinci elementlərindən istifadə edib. Yarışdan əvvəl komanda Rosberqə ikiillik və olduqca sərfəli müqavilə təklif edib. Danışıqlarda Nikonu sabiq Formula1 sürücüsü Gerhard Berger təmsil edib. Yarışda isə komanda yoldaşları arasında növbəti insident baş verib.

Mövsümün yekunları: Mercedes AMG Petronas F1 Teamhttp://www.f-1.az/files/uploads/2016/12/f-1.az_2016-12-22_09-43-29-300x179.jpg 300w, http://www.f-1.az/files/uploads/2016/12/f-1.az_2016-12-22_09-43-29-768x457.jpg 768w" style="box-sizing: border-box; border: 0px; vertical-align: middle; display: block; margin: 5px auto; max-width: 100%; height: auto;" width="790" />

Yarışın sonuna beş dövrə qalmış Mercedes AMG sürücüləri arasındakı fərq 0.8 saniyə olub. Daha sürətli olan Lyuis sonuncu dövrədə Nikoya hücum edib, lakin alman sürücü maşını Lyuisin üzərinə sürüb və insident yaşanıb. Həmilton onu keçərək yarışda qalib gəlib. Ön qanadı zədələnən Rosberq isə çətinliklə finişə qədər gələ bilib və stüardlar onun nəticəsinə 10 saniyə əlavə ediblər.

Yarışdan bir neçə gün sonra komanda rəhbərliyi Berklidə sürücülərlə görüşüb və belə bir bəyanat yayıb: “Biz bildirmişdik ki, sürücülərimiz titul uğrunda sərbəst mübarizə apara bilərlər. Formula1-in əsas mahiyyəti də elə budur. Lakin onlar komandanın maraqlarını da nəzərə almalı, dəyərlərinə hörmət etməlidirlər. Buna görə də onlara daha sərt qaydalar tətbiq edəcəyik”.

Silverstoundakı ev yarışında qalib gələn Həmilton çempionatdakı xal fərqini minimuma salıb. Mühəndislər Rosberqə radiodan istiqamət verdikləri üçün sürücünün nəticəsinə 10 saniyə əlavə olunub və ikinci yerdən üçüncü yerə düşüb.

Macarıstan Qran Prisindən əvvəl Rosberq və komanda yeni ikiillik müqavilə bağladıqlarını elan ediblər – müqavilə 2017-ci ilin yanvarın 1-dən qüvvəyə minməli idi. Macarıstandakı qələbə Lyuisi mövsümdə ilk dəfə çempionatda liderliyə yüksəldib. Almaniyada da finişi birinci keçən Lyuis xal fərqini 19-a çatdırıb. İlk 12 yarışın 5-də Rosberq, altısında isə Həmilton qalib gəlib. Cəmi bir yarışda – Mercedes AMG sürücülərinin qəzaya uğradığı İspaniya Qran Prisində Ferstappen podiumun ən yüksək pilləsinə qalxıb.

Həmiltonun motora görə cəzalanacağı dəqiq idi, komanda isə zərəri minimuma endirmək üçün ən optimal variant barədə düşünürdü. Onlar ötmələrin çox və asan olduğu Spada yarışdan əvvəl Həmiltonun güc qurğusunu üç dəfə dəyişiblər və onu mövsümün sonuna qədər bəs edəcək motor ehtiyatı ilə təmin ediblər.

Mövsümün yekunları: Mercedes AMG Petronas F1 Teamhttp://www.f-1.az/files/uploads/2016/12/f-1.az_2016-12-22_09-35-01-300x178.jpg 300w, http://www.f-1.az/files/uploads/2016/12/f-1.az_2016-12-22_09-35-01-768x457.jpg 768w" style="box-sizing: border-box; border: 0px; vertical-align: middle; display: block; margin: 5px auto; max-width: 100%; height: auto;" width="790" />

Həmilton sıralanma turunda nəticə göstərməyib. Çünki bunun heç bir mənası yox idi – britaniyalı motor dəyişikliklərinə görə startda 60 yer itirmək cəzası almışdı. Nikonun pouldan başladığı yarışa Lyuis 21-ci yerdən başlayıb. Lakin yekunda hər iki sürücü podiumda olub – Niko qələbə qazanarkən, Həmilton yarış ərzində baş verənlərin köməkliyi ilə üçüncü yerə qədər yüksələ bilib. Nəticədə çempionatdakı fərq 9 xala düşüb.

İtaliyada startda ləngiyən Həmilton qələbəni Rosberqə verməli olub. Lyuis Sinqapurda düzgün sazlanmaları tapa bilməyib. Niko isə bu işin öhdəsindən daha tez gəlib və növbəti qələbəsini qazanaraq çempionatdakı liderliyi geri qaytarıb.

Malayziya Qran Prisində,demək olar ki, hər şey həll olunub. Rosberq startdakı insidentə görə yer itirib. Yarışa liderlik edən Həmiltonun motoru 41-ci dövrədə partlayıb və o, yarışı yarımçıq saxlamalı olub. Red Bull sürücülərinin ilk iki yeri tutduğu yarışı Niko üçüncü yerdə tamamlayıb və son beş yarışa 23 xallıq üstünlüklə yollanıb.

Növbəti dörd yarışda Niko bir, Lyuis isə üç qələbə qazanıb. Mercedes AMG Suzukada Mühəndislər Kubokunda ardıcıl üçüncü qələbəsini vaxtından əvvəl təmin edib.

Rosberq Əbu Dabi yarışına 12 xallıq üstünlüklə gəlib. Alman sürücüyə titul qazanması üçün podiuma yüksəlmək kifayət edirdi. Lyuis yarışa pouldan başlayıb, Niko isə onu ikinci yerdə təqib edib. Bu vəziyyət Nikonu qane edirdi. Lyuis yarışın sonunda rəqiblərinin Nikoya çatmaları və hücum edə bilmələri üçün sürətini çox aşağı salıb, lakin vəziyyət dəyişməyib. Rosberq Həmiltonu beş xal üstələyərək dünya çempionu olub.

Mövsümün yekunları: Mercedes AMG Petronas F1 Teamhttp://www.f-1.az/files/uploads/2016/12/f-1.az_2016-12-22_09-37-28-300x178.jpg 300w, http://www.f-1.az/files/uploads/2016/12/f-1.az_2016-12-22_09-37-28-768x457.jpg 768w" style="box-sizing: border-box; border: 0px; vertical-align: middle; display: block; margin: 5px auto; max-width: 100%; height: auto;" width="790" />

Yarışdan bir neçə gün sonra Rosberq gözlənilmədən karyerasını bitirdiyini bildirib. Son dünya çempionu bu qərarını Vyanada FİA-nın mətbuat konfransında açıqlayıb. Bu qərardan sonra çətin vəziyyətdə qalan Mercedes AMG dərhal Həmiltona yeni komanda yoldaşı axtarışına başlayıb. Sirr deyil ki, peletondakı bütün sürücülər Mercedes AMG-yə keçmək istəyər. Növbəti mövsüm reqlamentdə ciddi dəyişikliklər olacaq və komandanın üstünlüyünü qoruyub saxlaya biləcəyi dəqiq deyil. Buna görə də onlar təcrübəli sürücü istəyirlər, lakin bütün belə sürücülərin komandaları ilə müqavilələri var. Son günlərdə isə Bottasın Mercedes AMG-yə keçəcəyi barədə əsaslı xəbərlər yayılıb.

Komanda gələn mövsümdə də hegemonluğunu davam etdirə biləcəkmi? Rosberqi əvəzləyəcək sürücü onun səviyyəsində çıxış edə biləcəkmi? Bütün bunları gələn mövsüm görəcəyik. Formula1-də edilən əsaslı dəyişikliklər həmişə maraqlı nəticələrə səbəb olur.

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat