Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

Futbol tarixi

Sayta qoyulub: 12:32 09.12.2016 (434 dəfə oxunub)

Futbol tarixi

 

Dekabrın 10-u  hər il ənənəvi olaraq ümumdünya futbol günü qeyd olunur. Belə ki  dünya ictimaiyyəti idmanın bu növünü özü üçün təkcə ən sevimli oyun yox, həm də həyat tərzi kimi qəbul edir .Bu günün şərəfinə  dünyanın müxtəlif məkanlarında futbol oyunları keçirilir. Futbol rəsmi olaraq 19-cu əsrin 2-ci yarısında  ingiltərədə yaradılıb.Lakin eramızdan əvvəl 2-ci 100 illikdə futbolu xatırladan oyunlar olub. Qədim Çində bu oyunu “Tsyu Çyu” adlandırırdılar. Tərcümədə isə “ayaqla itələmək “ anlamını verirdi. Çində bu oyunu daha çox  fiziki  cəhətdən yaxşı formada qalmaq məqsədi ilə  döyüşçülər oynayardılar. Amma bu oyunun tam olaraq harada yaranması ilə bağlı  hələ də dəqiq məlumat yoxdur ..Bəziləri  iddia edir ki bu oyunu kəşf edənlər  8ci əsrdə ingiltərədə yaşayan  saksonlar olublar. Lakin onlar bu oyunda topdan yox  başı kəsilmiş düşmənlərin kəllələrindən istifadə edirdilər. Həmin oyunlar zamanı qapıların  və qapıçının olması barəsində məlumatlar  isə 3000 il əvvəl aşkar olunub. Qapılara torların  taxılması  ilk dəfə 1891-ci ilin mart ayında İngiltərənin Şimal və Cənub komandaları arasında keçirilən oyunda olub. Futbol  oyunu 2000 il yarım əvvəl qədim Yunanıstan və Romada da mövcud idi. Amma onlar oyunun  gedişatında döyüş fəndlərindən də istifadə edirdilər ki bu da qaydalara daxil idi. 1863-cü ilin oktyabrında  Londonda  top oyunu həvəskarları toplaşırlar.  Onlar arasında mübahisə gedir: futbolu "yalnız ayaqla" oynasınlar, yoxsa "ayaq və əllə"? ."Yalnız ayaqla" oyununun tərəfdarları öz ittifaqlarını yaradırlar. Bu ittifaqın üzvləri oyunun ilk qaydalarını hazırlayıblar. Həmin qaydalar heç də mükəmməl deyildi və 1 neçə 10 illik ərzində ona əlavələr olundu, dəyişikliklər edildi. Hakim meydana fitlə yalnız 1878-ci ildə çıxıb. Həmin vaxta qədər hakim meydandan kənarda otururdu və oyunçular ona müraciət etdikdə onların mübahisələrini həll edirdi. 11 metrlik cərimə zərbəsi  1891-ci ildən etibarən oyunun qaydalarına daxil edilib. 1926-cı ildən isə birbaşa küncdən zərbə ilə vurulan qolları da hesaba almağa başlayıblar. Dünyanın ilk futbol klubu  “Şeffild” sayılır.. Bu komandanın əsası 1857-ci ildə qoyulub. O ki, qaldı futbol tarixinin ilk beynəlxalq qarşılaşmasına bu hadisə  1872-ci il noyabr ayının 30-una təsadüf edib.Şotlandiyanın Partik şəhərində Şotlandiya komandası İngiltərə futbolçuları ilə üz-üzə gəliblər..Maraq üçün qeyd edək ki həmin oyun qolsuz yekunlaşıb. Futbolun bütün dünyada tanınmasında heç şübhəsiz Jül Rime’nin əməyi danılımaz olub. Fransalı mütəxəssis 33 il FİFA-ya rəhbərlik edib. O, həm də    Fransanın "Red Star" klubunun  yaradıcısı olub. Jül Rime 1 müddət Fransa Futbol Federasiyasına da  rəhbərlik edib. Jül Rimenin fəaliyyəti dövründə ilk dəfə Dünya Çempionatının təşkil olunması ideyası ortaya çıxıb. 1928-ci ildə Amsterdamda təşkil olunan iclasda Dünya Çempionatının keçirilmə təklifi hamı tərəfindən bəyənilib və təsdiqlənib. İlk mundial 1930-cu ildə olub . Uruqvayda təşkil olunan turnirdə elə ev sahibləri çempion olublar .Mundiallarda ən çox qalib olan komanda  Braziliya millisidir. 20-ci əsrin ortalarından etibarən isə artıq ayrıca olaraq qitə çempionatları da keçirilməyə başlanıb. Klub səviyyəsində də  müxtəlif turnirlər mövcüddur.İngiltərə federasiya kuboku uğrunda yarış futbol tarixinin ən qədim klub turniri sayılır. Ancaq nüfuzuna görə ən böyük klub turniri əlbəttə ki Çempionlar liqasıdır.Keçmişdə Avropa  Çempionlar Kuboku adlanan bu turnirdə köhnə qitənin ən güclü komandaları baş mükafat uğrunda mübarizə aparırlar .    Bu yarışda ən çox qalib olan klub isə Real Madriddir. Bundan əlavə nüfuzuna görə 2-ci klub yarışı Avropa Liqası turniri də var . Cənubi amerika qitəsində Libertadores   və SudAmerikana Kuboku turnirlərini də qeyd etməyə dəyər. Futbol idmanın şahı hesab olunur. Bu oyun milyardlarla insanların qəlbinə  yol tapıb..   Elə buna görə də belə qənaətə gəlmək olar ki, yer kürəsi öz oxu ətrafında fırlandıqca futbol həmişə yaşayacaq …….

 



Futbol tarixi

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat