La liqa Avropanın ən rəqabətli çempionatıdır

Sayta qoyulub: 07:56 18.10.2016 (665 dəfə oxunub)

La liqa Avropanın ən rəqabətli çempionatıdır

 

 

Haırda Avropada heç bir böyük çempionat rəqabətliliyinə görə La Liqa ilə müqayisə edilə bilmir. Bu nəticəyə mövsümün ilk aylarına görə gəlmək olar.

 

A seriyasında Liqa 1-də və Eredviziyada 1-ci yerlə 2-ci yer arasında xal fərqi 3-ə bərabərdir.Bundesliqada 3 xallıq fərq 1-ci yerlə 4-cü yer arasındadır. La Liqada isə 3 xal liderlə 6-cı yerin sahibini ayırır.

 

 

Atletiko və Real 18 xalla turnir cədvəlinə başçılıq edir.Ondan sonra 1 xal geridə Sevilyadır. Barselona və Vilyarealın 16 xalı var. 6-cı yerdə qərarlaşan Atletik Bilbao komandası isə 15 xal toplayıb.

 

 

La Liqayla yalnız İngiltərə Premyer liqası müqayisə edilə bilər.Burada 3 xal liderlə 5-ci yer arasındadır. 

 

 

Xatırladaq ki, 2006/07 mövsümündən bəri La Liqada belə bir rəqabət olmamışdı. O zaman ilk 6 yerdə qərarlaşan Barselona , Sevilya , Real Madrid , Saraqosa, Valensiya və Xetafeni də 3 xal ayırırdı.

 

 

Belə bir statistika Atletikonun yenə də Barselona və Real hegemonluğuna son qoyacağından xəbər verir.

 

 

XƏBƏR LENTİ