"Rabitə" 7-ci dəfə Azərbaycan çempionu oldu

Sayta qoyulub: 18:46 18.04.2014 (408 dəfə oxunub)

Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasına yekun vurulub. Voleybol Mərkəzində baş tutan matçlarla ölkə çempionatının mükafatçılarının tam siyahısı müəyyənləşib.
3 qələbəyədək davam edən final mərhələsinin “Azəryol”la 3-cü oyunundan sonra “Rabitə” aktivinə növbəti çempionluğunu yazıb. Eldar Yusubovun yetirmələri əzəli rəqiblərinin cütün taleyini 4-cü və ya 5-ci görüşə daşımasına imkan verməyiblər.
Matçda “Rabitə” üçün dönüş anı ikinci setdə olub. Onlar birinci hissədə qalib gəldikdən (25:23) sonra ikinci setdə 7 xal hesabı ilə geri düşmələrinə baxmayaraq, 28:26 hesablı qələbəyə seviniblər. 3-cü hissədə isə azarkeşləri üçün şou göstərən Çempionlar Liqasının gümüş mükafatçısı “Azəryol”un hələ qızıl medal qazanmaq gücündə olmamasını sübuta yetirib – 25:16.
Çempiondan öncə isə bürünc medalçının adına aydınlıq gəlib. İlk 2 görüşdə “Azərreyl”ə qalib gələn “İqtisadçı” bu dəfə də rəqibini məğlub etməkdə çətinlik çəkməyib. Bununla da onlar yarışı 3-cü pillədə başa vurublar.
 

Final mərhələsi, 18 aprel

Üçüncü oyun

“Azəryol” – “Rabitə” - 0:3   (23:25; 26:28; 16:25)

İlk oyun: “Azəryol” – “Rabitə” - 1:3  (28:26; 20:25; 21:25; 19:25)

İkinci oyun: “Rabitə” - “Azəryol” - 3:1  (25:16; 20:25, 25:16, 25:19)

 III yer uğrunda

“İqtisadçı” – “Azərreyl” - 3:0   (25:22; 25:22; 25:23)

İlk oyun: “İqtisadçı” – “Azərreyl” - 3:1  (20:25; 25:15; 26:24; 25:23)

İkinci oyun: “Azərreyl” - “İqtisadçı” - 0:3  (25:27; 20:25; 24:26)

 Beləliklə, 2013/2014 mövsümündə komandalar aşağıdakı kimi sıralanıb.


1. RABİTƏ
2. Azəryol
3. İqtisadçı
4. Azərreyl
5. Lokomotiv
6. Telekom

XƏBƏR LENTİ