"Sumqayıt" - "Turan" 4-0

Sayta qoyulub: 16:25 11.03.2013 (516 dəfə oxunub)

 

Bu gün Topaz Premyer Liqada final mərhələsinin oyunları başlayıb. Bu mərhələnin birinci, ümumilikdə isə cari Premyer Liqanın 23-cü turuna ikinci “altılıq”da qərarlaşan komandaların oyunu ilə start verilib. Turnir cədvəlində “qonşu” olan “Sumqayıt” “Turan”ı qəbul edib. İlk dəqiqələrdən hücuma atılan "Sumqayıt" görüşün altıncı dəqiqəsində Pərdis Fərcad Azadın qolu ilə hesabı açıb. Daha sonra üç dəfə fərqlənən futbolçu oyunda poker edib və komandasına 4:0 hesablı qələbə gətirib.  

Topaz Premyer Liqanın digər oyunları martın 12-13-də keçiriləcək.

11 mart (bazar ertəsi)

16.00. “Sumqayıt” - “Turan” - 4:0 
Qol:Pərdis Fərcad Azad, 6 (1:0), 8 (2:0), 19 (3:0), 23 (4:0)
Bayıl Arena stadionu
Hakimlər: Orxan Məmmədov, Elman Musayev,  Coşqun Həsənov, Anar Salmanov

“Sumqayıt”:
 1. Səlahət Ağayev, 2. Slavik Alxasov, 4. Samir Abasov (k), 7. Pərdis Fərcad Azad, 8. Aqşin Muxtaroğlu, 9. Orxan Əliyev, 21. Məhəmməd Mirzəbəyov, 76. Can Akgün,  77. Mirzəağa Hüseynpur, 92. Bəxtiyar Həsənalızadə, 95. Murad Doymuş

"Turan”:
 28. Andrey Popoviç,  2. Dmitri Pospelov, 3. Anatoli Stukalov, 6. Mikayıl Rəhimov, 9. Murad Ağakişiyev, 10. Ender Günlü (k), 11. Salif Ballo,  19. Asəf Qədiri, 20. David Janelidze,  23. İrakli Beraia,  25. Antonio Rukavina

12 mart (çərşənbə axşamı)

“Bakı” – “Neftçi” 
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu, 15:00

“Rəvan” - “Xəzər Lənkəran” 
Bayıl Arena stadionu, 15:00

“Simurq” – “Qarabağ”
Zaqatala şəhər stadionu, 17:00

13 mart (çərşənbə)

“Qəbələ” – “İnter”
Qəbələ şəhər stadionu, 15:00

“Kəpəz” – AZAL 
Dalğa Arena stadionu, 15:00

XƏBƏR LENTİ